Yoxa çıxmaq təhlükəsi ilə üzləşən peşələr

07:58 08-04-2021 | icon 457 | İqtisadiyyat
Yoxa çıxmaq təhlükəsi ilə üzləşən peşələr

Yeni texnologiyaların inkişafı ilə əlaqədar yaxın gələcəkdə inşaat sahəsində bir neçə ixtisasa ehtiyac olmayacaq.

 

Bu barədə bir sıra mütəxəssis “RİA Novosti”yə yoxa çıxmaq üzrə olan peşələr barədə danışarkən bildirib.

 

Tədqiqata görə, qaynaqçı, montajçı, suvaqçı və rəngsazlara olan tələbat getdikcə azalır.

 

Rusiyada ən böyük developer şirkətlərindən biri olan INGRAD-ın nümayəndəsi sadalanan peşələrin bir hissəsinin yaxın gələcəkdə avtomatlaşdırılacağını söyləyib.

 

“Beton tökmə keyfiyyəti artıq o dərəcədə artıb ki, demək olar ki, suvaq işi tələb etmir”, - deyə developer bildirib.

 

Rusiyada layihə həyata keçirmə işləri üzrə ən böyük şirkətlərdən olan “City - XXI vek” departamentinin direktoru Denis Denisov da öz növbəsində böyük şirkətlərin indi bir sıra bahalı rəqəmsal texnologiyalar tətbiq etməyə çalışdıqlarını deyib.

 

“Artıq inşaat sahəsində lazer skan etmə, pilotsuz təyyarələr və digər cihazlardan istifadə olunur. Daha sərfəli həll ayrı-ayrı işlərin avtomatlaşdırılmasıdır. Məsələn, divar suvağı kimi nəm proseslərdə xüsusi suvaq maşınlarından istifadə edilir”, - deyə o əlavə edib.

 

Departamentin direktoru bununla belə tikinti sahəsindəki proseslərin əksəriyyətinin hələ də yüksək ixtisaslı əl əməyi tələb etdiyini vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI