“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

11:18 08-04-2021 | icon 462 | Siyasət
“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Hafiz Hacıyev: "Ya başı xarab olub, ya da həbsxanada psixologiyasını pozublar”

 

"Hər yerə şikayət edib Azərbaycan hökümətindən pul aldı. Elə o pulu versəydi, uşaqpulu üçün tələb olunan vəsaitin müəyyən hissəsi təmin edilə bilərdi".

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında ReAl Partiyasının sədri İlqar Məmmədovun son günlər bir neçə dəfə siyasi rəqibələrinə ünvanladığı aşağılayıcı ifadələrə reaksiya verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

 

Hafiz Hacıyevin sözlərinə görə, ReAl lideri ölkədə gedən siyasi proseslərdə özünü göstərə bilmədiyi üçün bu yolla diqqəti özünə cəlb etməyə çalışır:

 

“Mən İlqar Məmmədov adını satqınlıqda tanıdım. Həbsxanaya düşdü, orada da özünü yaxşı qoruyub saxlaya bilməyən bir şəxsdir. O, özünü Qərbə təslim etmiş bir adamdır. Bu adamın Azərbaycan xalqından xəbəri yoxdur. Hər yerə şikayət edib Azərbaycan hökümətindən pul aldı. Elə o pulu versəydi, uşaqpulu üçün tələb olunan vəsaitin müəyyən hissəsi təmin edilə bilərdi".

 

MMP sədri vurğulayıb ki, İ.Məmmədov ölkədə gedən siyasi proseslərdə özünü göstərə bilmədiyi üçün indi bu yola əl atır, başqalarını aşağılamağa çalışır:

 

"Baxın, onun bir adamını parlamentə buraxdılar, o da deyir ki, məni zorla seçiblər. Bunların hamısı bizim gözümüzün qabağında olan məsələlərdir.

Bu adam mənəvi baxımdan azərbaycanlı deyil. Mən bu cür insanları Azərbaycan xalqının düşməni adlandırıram. Elələrinə əhəmiyyət vermək lazım deyil. Görünür, ya başı xarab olub, ya da həbsxanada psixologiyasını çox pis pozublar”. /Yenicag.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin