Partiya sədrinin müavini komaya düşdü
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəyli COVID-19 xəstəliyinin təsirindən komaya düşüb, həyat yoldaşısa dünyasını dəyişib.
Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb.
O bildirib ki, A. İsmayılbəyli koronavirusdan əziyyət çəkir:
“Onun həyat yoldaşı Mərziyyə xanım COVİD-19-dan dünyasını dəyişib. Hazırda Arif bəy özü koronavirusla mübarizə aparır, komadadır”.
Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"