“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

16:21 08-04-2021 | icon 588 | Siyasət
“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

İlyas Abdullayev: “Siyasi partiya olaraq bizim də o ölkələrdə əlaqələrimiz qurulur”

 

44 günlük müharibədən sonra ölkənin ictimai, siyasi, mədəni həyatında ciddi yenilənmələr müşahidə olunur. Siyasi partiyaların müharibə dövründə nümayiş etdirdiyi bərabərlik və hakimiyyətlə qurulan dialoq yeni müstəviyə keçib. Siyasi Partiyalar bu yenilənməyə dialoq və islahatlara fərqli rakuslardan yanaşsa da, mövqe birmənalıdır.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Milliyyətçi Hərəkat Partiyasının sədr müavini İlyas Abdullayev müsahibəsində bu və ya digər məsələlərlə bağlı maraqlı nüanslara toxunub.

 

- İlyas bəy, “bozqurd” mərhum İsgəndər Həmidovdan sonra Partiyanın fəaliyyətində hansı yenilənmələr baş verdi və bugünkü siyasi kursunuz hansı istiqamətdə yürüyür?

 

- Bizim partiya İsgəndər Həmidovun təsis etdiyi Milli Demokrat -Bozqurd Partiyası olub. 1993-cü ildə təsis olunub və 1995-ci ildə İsgəndər Həmidov həbs ediləndən sonra qeydiyyatı ləğv edilib. Partiyanın onlayn keçirilən sonuncu 7-ci qurultayında Milli Demokrat-Bozqurd Partiyasının adı qurultay iştirakçılarının səsverməsiylə dəyişdirilərək Milliyyətçi Hərəkat Partiyası oldu. Qurultayda partiyanın 53 rayon təşkilatı iştirak edirdi. Qurultayda partiyanını nizamnaməsində dəyişikliklər olub, yeni sədr seçilib və fəliyyətini davam etdirir. Sənədlər toplanaraq Ədliyyə Nazirliyinə təqdim edilib. Buna baxmayaraq fəaliyyətimiz davam edir, müxtəlif layiələr üzərində işləyirik, tədbirlər.

 

- Niyə partiya fəaliyyətiniz görünmür?

 

- Görünməməyimiz partiyamızın taktiki gedişi ilə bağlıdır. Görünən partiyalar bu redaksiyadan digər redaksiyaya qaça-qaça gedən, ölkəni çətin vəziyyətə saldığı məmurlarn işini ört-basdır edənlərdir, ağlamaqla məşul olanlardır. Biz bu oyunda yoxuq. Hətta siyasi partiyaların Ağdama səfəri bizə də təklif olunsa da, etiraz elədik.

 

- Sanki bu etirazla nəyə nail olursunuz ki?

 

- Bəzi redaksiyalar əvvəlcədən hazırladıqları mövzularda danışmaq istəyən partiyaları görmək istəyirlər. 10 noyabr razılaşmasından sonra yaranan əsas problemlər qalır kənarda, kosmetik məsələləri müzakirə edirlər. “Ermənistannı naziri niyə Xankəndiyə gəldi”, “bizimkilər Şuşaya səfər elədi və sair məsələləri müzakirə edirlər. Azərbaycanı işğal etmək istəyənlərin  və yaxud səbəbkarların üzərinə yeriməkdənsə, yalandan gündəlik gündəm dəyişirlər. Bu da bizim partiyanın getdiyi yola uyğun gəlmir. Biz konkret məsələlər üzərində dayanırıq. Biz 44 günlük müharibədə birdən-birə nəyə görə 10 noyabr bəyənnaməsinin imzalanmasının səbəblərini bilmək istəyirik. Bunun hansı hüquqla baş verdiyini bilmək istəyirik. Biz Partiya olaraq Azərbaycan Prezidentinə bu barədə sorğu göndərmişik. Prezident Aparatından bizə məktubu almaları barədə məlumat verilib, amma heç bir izahı yoxdur. Bununla əlaqədar 20-yə qədər partiyaya da mürzciət edərək, bu məsələnin hüquqi müstəvidə birgə davam etdirilməsini təklif eləmişik. 10 noyabrdan bu yana nə qədər vaxt keçsə də bu barədə disskusiya aparılmayıb.

 

- Məncə Prezident özü dəfələrlə çıxışlarında 10 noyabr bəyannaməsinin səbəblərini açıqlayıb.

 

- Bu sadəcə sözdür, bunu heç bir sənədə tikmək olmur. Biz istəyirik ki, qoşulduğumuz beynəlxalq konvensiyalara bir maddəni göstərsinlər ki, Azərbaycan ərazisinə yad qoşunun gətirilməsi suverenliyin təhlükə altına alınmasıdır. Faktiki bu da baş verdi.

 

- Milli Şura da, Müsavat da partiyaların Ağdama səfərini qınadı, bunu siyasi oyunbazlıq adlandırdı. Siz də oxşar çıxış etmisiz, bu partiyalarla hansı əlaqələriniz var?

 

- Bizim Müsavat Partiyasında, Xalq Cəbhəsində dostlarımız var. Amma onların yolu ayrı, bizim yolumuz ayrı. Müsavat liberal dəyərləri əsas tutub və Avropa Liberal Partiyasının bir üzvüdür.  Xaq Cəbhəsi və Milli Şura Departamentdən bərqərar olub onunla da fəaliyyət göstərir. Biz daxili resurslarımıza əsaslanaraq türk birliyi istiqamətində fəaliyyət göstəririk.  Amma deyə bilmərik ki, Milli Şura, yaxud Gültəkin Hacıbəyli ikidı-bir Amerikanın səfiri, yaxud başqa səfirlərlə niyə görüşür. Çünkü onların cəmiyyətə təqdimatı budur. Əlbəttə millətçi kəsim olaraq bunu pisləyirəm. Bizim istəyimiz Türkiyə ilə iş birliyi qurmaq və Orta Asiya türklərinə qovuşmaqdır. Əsas Azərbaycan daxilində insanlarımıza türk bağlılığını aşılamaq və bunun insanlarımızda tam oturuşmasını təmin etmək və bu dəyərləri hakimiyyətə daşımaqdır.

 

- İlyas bəy, dediniz ki, Ağdama səfər zamanı hökumətdən sizə gələn təklifdən imtina etdiniz. Bu gün hər bir halda bir araya gəlmək zərurəti varsa, niyə imtina etdiniz?

 

- O avtobusda hakimiyyətlə bir yerdə Ağdama getməyi təsəvvür eləmirəm. Hələ bizim torpaqlar tam olaraq nəzarətimizdə deyil. Biz Ağdərəyə, Xocalıya gedə bilmiriksə, nəyə lazımdır bu səfərlər.

 

Amma bütün bu işlərin içində xeyirli məsələlər də var. Artıq bilirik ki, Azərbaycan ordusunun müxtəlif növləri Türkiyədə təlimlər keçir. Müharibə bitməyib. Qoşunlarımız işlər görür. Bu bizi ümidləndirir, dövlətimizin, ordumuzun hər an ayaqda olması insanı güvənli hiss etdirir. Xalqdan qaynaqlanan hakimiyyət güclü olur. Siyasi iradə nə vaxt xalqa tərəf dönəcəksə, tez bir zamanda qarşısına çıxan bütün maneələri aşacaq. Mən buna inanıram.

 

- Radikalizmə ehtiyac varmı indi?

 

- Biz radikal yanaşmaların əleyhinəyik. Radikalizm siyasi iddia ortaya qoyub o iddianı hər şeydən keçənlərə deyirlər. Biz millətçi kəsimik, lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq. Bizim üçün İvanla Conun fərqi yoxdur. Bizim istəyimiz öz xalqının içində formalaşan insanların hakimiyyətdə olmasıdır.

 

- Siyasi partiyaların müharibə ərəfəsindəki fəaliyyətlərini necə dəyərləndiririz?

 

- Sentyabrın 7-dən noyabrın 9-dək Azərbaycan müxalifəti, bütövlükdə Azərbaycan vahid bir komanda oldu. Biz də əlimizdən gələni əsirgəmədik. Bütün siyasi baxışları kənara qoyub Ali Baş Komandanın ətrafında olduq. Söhbət ərazi bütövlüyündən gedirsə, biz heç bir partiyanı qınaya bilmərik, əksinə, hamısına əhsən. Amma 10 noyabr bəyənnaməsindən sonra zaman keçdikcə, həmin o yekdillik, birlik pozuldu. Sonra bir çox partiyalar qəti mövqe ortaya qoymaq cəsarətini özlərində tapmadılar. Pandemiya olmasına baxmayaraq, Azərbaycan vətəndaşları imkan taparaq dünyanın hər yerinə gedə bilir. Necə olur ki, işğaldan azad olunmuş torpaqlarımıza gedə bilmirik.

 

- İlyas bəy, məlumdur ki, biz müharibəni üç mərhələdə apardıq – hərbi, diplomatik və hazırda sülhməramlıların gəlişi, bərpa və qayıdışla bağlı üçüncü mərhələni keçirik. Bu gün sülhməramlıların nəzarətində olan Qarabağ bölgəsindəki vəziyyəti necə görürsünüz?

 

- İlk olaraq onu deməliyəm ki, orda yerləşən yad ölkənin ordusu sülhməramlı deyil. BMT-nin sülhməramlılarla bağlı öz qərarı var. Bu gün balaca Azərbaycanın bir çox ölkələrdə sülhməramlıları var. Amma onlar bir mandatla ordadılar. Rusiya hərbi qüvvələri heç bir mandat olmadan Azərbaycana soxulublar. Heç bir qanunla da onları sülhməramlı adlandırmaq olmaz. Rusiyadan başqa bunu heç kim sülhməramlı kimi qəbul etmir və sülhməramlı da adlandırıla bilməz.

O ki, qaldı məsələnin üç mərhələli həllinə, mən 9 noyabr bəyənnaməsini qeyri-qanuni hesab edirəm. Heç bir hüquqa əsaslanmayan bəyannamədir.

Köşürülməyə gəlincə, bizim vətəndaşlar işğal olunmuş yerlərə necə gedə bilər? Çünki işğal altındadır. Amma buna baxmayaraq, mən inanıram ki, o torpaqlara da qayıdacağıq, o torpaqlar erməni vəhşilərindən təmizlənəcək. Bu, siyasi iradə ortada olan zaman baş verəcəkdir. İşğal edilmiş əraziləri təmizləmək üçün Rusiya ordusuna qarşı mübarizə aparmalıyıq. Unutmamalıyıq ki, Azərbaycan əsgərləri vətən uğrunda şəhid oldu. Xalq öz şəhidini bağrına basdı, sevə-sevə, qürurla dəfn elədi. Bunca şəhidlərdən sonra o bəyənnamənin qəbul edilməsini düzgün hesab etmədik.

 

- Müharibə ərəfəsindən inkişaf eliyən iqtidar-müxalifət dialoquna münasibətiniz nədir və bu dialoq indi hansı səviyyədədir?

 

- Partiyaların hərəsinin öz baxışı var və bizim fikrimiz budur ki, iqtidar-müxalifət dialoqu deyilən bir şey yoxdur. Bəzilərinə 50-70-100 kvatrat metr ofis verilməklə bunun adına dialoq deyilirsə, onda biz siyasətdə nə gəzirik. Biz bu qədər enmişik ki, dialoq məsələsini şəxsi məsələ kimi istifadə edək? İqtidar-müxalifət məkanının necə olması məsələsini qoymuşuq bir kənara, kiməsə ofis verirlər, kiməsə avtobus pulu verib Qarabağa aparırlar.

 

- Hesab edirsiniz ki, bunlar olmamalıdır? Əgər dövlət siyasi partiyalara əl uzadırsa, bunun nəyi pisdir?

 

- Dövlət siyasi partiyaya belə yardım etməməlidir. Dövlət siyasi partiyanı çağırıb biyət elətdirib yardım eləmir. Edirsə, digər partiyalara da təmənnasız yardım etsin. “Əgər mənim ayağıma gəlmirsənsə, partiya deyilsən” anlayışına yanaşma nə dərəcədə doğrudur. Bu, dövlət yanaşması deyil.

 

- Bəs partiyaların maliyyələşməsi məsələsinə necə baxırsınız?

 

- Siyasi partiyaların maliyyələşməsi dövlətin işidir, hakimiyyətin yox. Əlbəttə maliyyələşməlidir. Siyasi instutlar yaşamalıdır. Əgər biz dövlətimizi yaşatmaq istəyiriksə, siyasi partiyalar, QHT-lər bir olmalıdır, daha Vüqar Səfərli kimiləri yox.

 

- Siz hakimiyyətdəki məmurları qəbul etmiyə bilərsiz, amma hakimiyyət strukturlarında olanlar da dövlətin qollarıdır. Onlar da dialoq deyib sizə əl uzadırlar, niyə geri çevirirsiz?

 

- Məsəlçün, biz sənədləri hazırlayıb Ədliyyə Nazirliyinə göndərmişik. Ya qeydiyyata almalıdır, ya da əsaslandırıb geri çevirməlidir. Bilmirəm necə olacaq. Biz onlayn konfrans keçirdik. Son qeydiyyata alınmış 6 partiyanın da onlayn qurultayına baxdıq. O partiyaların heç biri bizim keçirdiyimiz qurultayın üçdə biri qədər qurultay keçirməyib. Qeydiyyata alacaqlarsa nə yaxşı, almayacaqlarsa, bu məsələ də ortaya çıxarılacaq.

 

- Məlumdur ki, xaricdən Azərbaycana qarşı təsirlər var. Bu günlərdə ABŞ Departamentinin hazırladığı hesabatda da bu özünü göstərdi. Hətta bizim Vətən Müharibəmizə də ləkə salmaq istədilər. Bizə qarşı yönələn bu təzyiqlərə qarşı siyasi partiyalar hansı gedişləri etməlidir?

 

- Nə mən, nə də partiyamız heç vaxt qərbyönlü olmamışıq. Biz əsas qaynağımızı öz daxili resurslarımızdan almaq istəyirik. Təbii ki, Rusiyanın da, Amerikanın da, digər ölkələrin də Azərbaycana münasibətdə öz maraqları var. Qafqaz uğrunda müharibə dayanmayıb, davam edib. Qafqazın da ən öndə gedən ölkəsi Azərbaycandır. Qafqaza nəzarət etmək üçün Azərbaycana nəzarət etmək lazımdır. Beynəlxalq təşkilatlardan gələn təsirlərə qarşı mühaibə ərəfəsində partiyalar bir mövqedən çıxış edirlər. Təbii ki beynəlxalq təşkilatlar çıxış edəndə birinci növbədə öz mövqelərindən çıxış edirlər.

Bu gün dünyanı idarə edən yeni qütblər formalaşır. Azərbaycan Türkiyəyə qucaq açmalıdır və biz birlikdə türk cümhuriyyətləri ilə bu istiqamətdə işlər görməliyik. Biz bu istiqamətdə Türkiyə siyasi partiyaları, dərnəkləri ilə aktiv əməkdaşlıq edirik və görüşlərimiz, əlaqələrimiz sürətlə inkişaf edir. Türkiyə Milliyyətçi Partiyası, İyi Partiya, Böyük Birlik Partiyası ilə  Türk Dünyası Dayanışma Vəqfı ilə partiyamızın çox aktiv əməkdaşlığı var. Yeni qütbləşmə dövründə biz vahid türk milləti kimi birləşməliyik. SSRİ dağılandan sonra Azərbaycan-Türkmənistan əlaqələrini görmüşdük. Lakin son 6 ayda müsbət dəyişmələr baş verir.

Türk siyasəti o buzu da əritdi. İndi Türkmən enerji daşıyıcılarının Azərbaycan üzərindən yönləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan şirkətlərini artıq Azərbaycana buraxmaq istəyirlər. Siyasi partiya olaraq bizim də o ölkələrdə əlaqələrimiz qurulur. Dünyanın harasında özünü türk sayan insan varsa, bir yürüməyi üstün tutmalıdır. /“həftə içi”/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər