"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

17:32 08-04-2021 | icon 741 | Geopolitika
"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

Elxan Şahinoğlu: "O zaman Türkiyə ordusu da Qarabağda, Şuşada qalıcı olmalıdır"

 

"Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır. Bu, bir neçə səbəbdən bizim üçün vacibdir".

 
 
 
Versus.Az xəbər verir ki, bunu şərhində politoloq Elxan Şahinoğlu bildirib.
 
 
"Birincisi, Azərbaycan ordusu müharibədə qələbə qazanaraq Şuşanı azad etsə də, erməni separatizmi tarixi şəhərimizi “nə zamansa geri qaytarmaq” haqqında düşüncələrindən əl çəkən deyil. Şuşada ötən əsrin əvvəllərindən qısa fasilələrlə baş verənlər də bundan xəbər verir. Deməli, biz Şuşanı var gücümüzlə qorumalı və bir daha düşmən əlinə keçməsinə imkan verməməliyik. Azərbaycan ordusuyla yanaşa Şuşada Türkiyənin hərbi qarnizonun varlığı bu şəhərin təhlükəsizliyini daimi edəcək.
 
İkincisi, aydındır ki, Türkiyənin Şuşada hərbi qarnizon yaratması Ermənistan və Rusiyanı narahat edəcək, həm İrəvan, həm də Moskva buna mane olmağa çalışacaqlar. Ancaq biz istəyəndən sonra Türkiyənin Şuşada hərbi qarnizonunu formalaşdırmağa heç nə mane ola bilməz. Rusiyanın Azərbaycana qarşı təxribatları göz qabağındadır. Şuşaya atılan “İsgəndər” raketlərindən tutmuş Xankəndidə rus hərbçiləri üçün artan modul yerləşim yerlərinə qədər “addımlar” görürük. Biz Rusiya hərbçilərinin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyirik".
 
 
Politoloq hesab edir ki, ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin:
 
 
"Əgər onlar Şuşada Türkiyə hərbi qarnizonunun əleyhinədirlərsə, bu məsələsinin həll yolu var: Rusiya və Türkiyə ordusu eyni zamanda Qarabağı tərk edirlər. Əks halda Rusiya hərbçiləri Qarabağda qalıcı olacaqlarsa, Türkiyə ordusu da Qarabağda, o cümlədən Şuşada qalıcı olmalıdır!"
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı