Avropada ən qədim 3D xəritə tapıldı

08:24 09-04-2021 | icon 329 | Maraqlı
Avropada ən qədim 3D xəritə tapıldı

Arxeoloqlar Fransanın qərbində kiçik bir ərazinin 3D xəritəsi ola biləcək, təxminən 4000 il əvvəl yaradılmış qeyri-adi bir əsər aşkarlayblar.

 

Bu barədə Prehistoire.org məlumat yayıb.

Sözügedən əsər Avropada tapılan ən qədim xəritə hesab edilib.

 

Bu tarixi abidə ilk dəfə yüz ildən çox əvvəl aşkar edilsə də, 21-ci əsrdə sözün əsl mənasında yenidən kəşf olunub.

 

“Saint-Belec Slab” adlandırılan əsər 1900-cü ildə yerli arxeoloq Pol dyu Şatelye tərəfindən aşkar edilib.

 

O, daha sonra dörd metrlik bir lövhədə həkk olunmuş şəkillərin tam olaraq hansı məna daşıdığını müəyyənləşdirə bilməyib. Eyni zamanda, ö dövrün tarixçiləri bunun insanların və ya hansısa heyvanın formasız “rəsmləri” ola biləcəyini düşünüblər.

 

Sonradan alimlər müəyyən ediblər ki, qədim daş oymaçıları ətraf ərazilərin təpələri və çökəklikləri ilə əsl 3D modelini yaradıblar.

 

İndiyə qədər elm adamları heyrətləndirici xəritədəki bəzi naxışların nə demək olduğunu tam anlamırlar. Bəlkə də onlar erkən tunc dövrünə aid yaşayış yerlərini, qəbiristanlıqları, tarlaları və ya yolları əks etdirir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

 Pensiya yaşı dəyişdiriləcəkmi?

Pensiyalarla bağlı bu şəxslər də SEVİNƏCƏKLƏR

“Ermənistan Espo Konvensiyanı kobud şəkildə pozur”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin FIRILDAQLARI

Zavod, yoxsa Zəngəzur yolunun üzərində tikilən “divar”?

TƏCİLİ: Böyrəyində problemi olanlar bunu oxusun

“Qərar ver, qol vur: Futbol meydanından ofislərə idarəçilik və liderlik dərsləri”

MHB sədri Emin Əmrullayevlə Sadıq Sadıqova niyə təşəkkür etdi?

Deputatdan “Qaydış günü”nün təsis edilməsi ilə bağlı TƏKLİF

Erməni həyasızlığının pik nöqtəsi

Aərbaycanın İraqdakı səfiri üçüncü dəfə Kərkükü ziyarət edib

Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

15-19 yaşlı qızlar arasında qeydə alınan ABORTLAR

Bu ildən Azərbaycan məktəblərində yeni məktəbli FORMALARI

“ABŞ-ın ekologiyaya zərbə vurmaq kimi məqsədi yoxdur”