“Vəfat edən işçinin vərəsəsinə verilən müavinətdən sosial sığorta haqqı tutulmur”

14:06 09-04-2021 | icon 588 | İqtisadiyyat
“Vəfat edən işçinin vərəsəsinə verilən müavinətdən sosial sığorta haqqı tutulmur”

İşçinin vəfatı ilə əlaqədər əmək müqaviləsinə xitam verildikdə vəfat edən şəxsin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.

 

Versus.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı “Vəfat edən işçinin vərəsəsinə müəssisə tərəfindən hesablanan müavinətdən hansı tutulmalar aparıla bilər?” sualına cavab verərkən deyib.

 

O bildirib ki, bu, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsində öz əksini tapıb:

“Sosial Sığorta haqqında qanunun 15-ci maddəsinə əsasən, bu müavinətdən sosial sığorta haqqı tutulmur. Eyni zamanda Əmək Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsində də işdənçıxma müavinəti və qanunvericiliyə uyğun olaraq vergi tutulmayan digər ödənclərin məbləğlərdən tutulmalara yol verilmir. Digər məsələlər isə Vergilər Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol