Dördüncü hakimiyyət nümayəndələri vaksinasiya olundu

14:53 09-04-2021 | icon 605 | KİV
Dördüncü hakimiyyət nümayəndələri vaksinasiya olundu

Bu gün media nümayəndələrinin koronovirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib.

 

Versus.Az xəbər verir ki, vaksinasiya prosesi Mətbuat Şurasının binasında həyata keçirilib. Media işçilərinin vaksinasiyasında iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərlə görüşüb. Görüş zamanı həyata keçirilən peyvəndlənmənin əhəmiyyəti vurğulanıb.

 

Sədr bildirib ki, ölkədə aparılan vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçirilir:

 

“Hazırda Mətbuat Şurasına vaksin vurulması üçün 200-ə yaxın jurnalistin müraciəti daxil olub”.

 

Vaksinasiya prosesində Oxu.az, Baku TV, Media.az, Caliber.az, Baku.ws və digər media qurumların əməkdaşları iştirak edib.

 

İlkin mərhələdə jurnalistlər həkim müayinəsindən keçirilib. Tibb otağında təzyiq ölçüldükdən sonra vaksin vurulmasına hər hansı maneə aşkarlanmadığı təqdirdə media nümayəndələri vaksin otağına göndərilib.

 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış jurnalistlərin vaksinasiyası barədə məlumat verərkən gün ərzində 50 jurnalistin vaksinasiya prosesinə cəlb olunmasının nəzərdə tutulduğunu deyib:

 

“Hazırda vaksinasiya prosesinin sürətləndirilməsi üçün səyyar briqadalar cəlb olunub. Tibb məntəqələrində sıxlığın aradan qaldırılması məqsədilə bir sıra qurumlarda vaksinasiya prosesinə səyyar briqadalar cəlb edilib. Həmin qurumların əməkdaşları iş yerlərində vaksinasiya olundular. İlk səyyar briqada vaksinasiyanı 1 saylı ASAN xidmət mərkəzində həyata keçirib.

 

Bu gün isə Mətbuat Şurasının binasında jurnalistlərin vaksinasiyasına başlanıldı. Gün ərzində 50-yə yaxın media işçisinə peyvənd vurulması nəzərdə tutulur. 18 yaşdan yuxarı mətbuat nümayəndələri könüllü şəkildə müraciət edərək vaksinasiya prosesində iştirak edə bilərlər. Səyyar briqadaların vasitəsi ilə vaksinasiya prosesinin təşkil edilməsi ilə bağlı olaraq dövlət orqanlarından müraciətlər daxil olmaqdadır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR