“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

16:10 09-04-2021 | icon 589 | Siyasət
“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Könül İsmayılova: “Qazi tanıyıram ki, utanır gedib problemlərini danışıb kömək istəsin”

 

“44 günlük Vətən Müharibəsində siyasi müxalifət partiyaları da daxil olmaqla Azərbaycanda elə bir dövlət-xalq birliyi yarandı ki, mən deyərdim bəlkə də bu birliyimiz də bir tərəfdən düşmənlərimizin gözünü qorxutu. Düzdür, bu gün bəziləri özlərini “süddən çıxmış ağ qaşıq” kimi aparır, amma xalq artıq kimin kim olduğunu yaxşı bilir. Və o da bəllidir ki, bu gün yaralı qazilərimizin müraciətlərini qulaqardına vuran səlahiyyətli şəxslər bax həmin o “ağ qaşıqların” dəyirmanına su tökürlər”.

 

Bunu Versus.Az-a açıqlamasında Vətən Müharibəsindən sonra gözlədiklərimizin əksi olaraq, şəhid ailələrimizin, qazilərimizin heç də hamısına qayğı göstərilmədiyindən narazılıq edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

Könül İsmayılova qeyd edib ki, “YAŞAT” Fondu, Qarabağ Dirçəliş Fondu xeyli vaxtdır ki, fəaliyyət göstərir və müəyyən qədər xeyirxah işlər də görüblər:

 

“Ancaq çox təəssüf edirəm ki, bu gün yaralı qazilərimiz var ki, nədənsə onlar qayğı və diqqətdən kənarda qalıblar. Bəlkə yaralılarımız özü şəxsən müraciət etməlidir, deyə bilmərəm, amma fakt budur ki, özümün də tanıdığım yaralı əsgərlərimiz var ki, hələ də sanki heç belə döyüşçü olmayıbmış kimi yada düşmürlər. Görünür, kimlərsə döyüşənlərimizin siyahısını adıçəkilən fondlara təqdim edərkən ayrı-seçkilik edib. Çünki “Yaşat” Fondu da, Qarabağ Dirçəliş Fondu da bir qayda olaraq öz fəaliyyətlərindədir və insafən gördükləri işlər də göz önündədir”.

 

 

“YAŞAT” Fondunun əsas məqsədinin şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olduğunu xatırladan xanım siyasətçi vurğuladı ki, dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılan Fondun xidmətindən kənarda qalanları da diqqətə almaq lazımdır:

 

“Müharibə hələ bitməyib. Heç kim qarantiya verə bilməz ki, bir də müharibə olmayacaq. Bu gün qazilərə, şəhid ailələrinə sahib çıxmasaq, özümüzünkü bilib ayrı-seçkilik etmədən problemlərini həll etməsək, sabah necə səfərbərlik elan edə bilərik, sabah hansı inamla sinələrini irəli verib bu torpaqların müdafiəsinə qalxacaqlar? Çox istərdim ki, qazilərin müraciətlərinin qəbuluna xüsusi nəzarət edilsin. Yaralı əsgər tanıyıram ki, deyir özləri maraqlansalar dərdimi deyərəm, özüm utanıram gedib deyəm ki, mənim filan problemim var. Axı, vətəndaşlara xidmət Fondun əsas fəaliyyət istiqamətlərindəndir və vəsaiti şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına istifadə olunur”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları