“Əngəlli şəxslər müvafiq işlə təmin edilməlidir”

17:48 09-04-2021 | icon 483 | Siyasət
“Əngəlli şəxslər müvafiq işlə təmin edilməlidir”

Razi Nurullayev: “Təcrid yox, əksinə, onlara əngəlli olduqlarını unutdurmalıyıq”

 

“Əngəlli şəxslərə münasibət çox yaxşı olmalı və birinci növbədə onlar müvafiq işlə təmin edilməlidirlər”.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Şirvan şəhərində xarici neft şirkətində işləyən və şirkətin bağlanması üzündən işini itirən Mirzəhməd Mirzəhmədov və onun qohumu Elnur Xankişiyevlə görüşüb problemləri ilə maraqlanan deputat Razi Nurullayev bildirib.

 

Qeyd edək ki, Mirzəhməd Mirzəhmədov anadangəlmə nitq əngəllidir. Deputat bu problemlərlə bağlı xeyli məktub aldığını, müəssisə rəhbərləri ilə söhbətlər apardığını, müvafiq şəxslərlə əlaqə saxladığını vurğulayıb:

 

“Deputat həmkarım, dostum İltizam Yusifovla da elə onların yanında danışdım. İltizam müəllimə bu işlə yaxından maraqlandığı üçün ayrıca təşəkkür edirəm. O da Mirzəhməd Mirzəhmədovu qəbul edib. Dediyinə görə, Mirzəhməd kişini yaxşı tanıyır, problemləri ilə birbaşa tanışdır və kömək etməyə çalışır. Tövsiyə etdik ki, "İşsizlikdən sığorta haqqında" qanuna əsasən müavinət üçün müraciət etsin, problem olarsa bizə bildirsin”.

 

R.Nurullayev neftin bahalaşması fonunda şirkətin öz işini bərpa edəcəyinə, Mirzəhməd Mirzəhmədovu işinə qaytaracağına, yaxud da başqa yerdə işlə təmin olunacağına ümid etdiyini bildirib:

 

“Düşünürəm ki, əngəlli şəxslərə münasibət çox yaxşı olmalı və birinci növbədə onlar müvafiq işlə təmin edilməlidirlər. Müvafiq vakansiya varsa, əngəlli şəxslərə təklif edilməlidir. Biz də əngəlli insanları təcrid yox, əksinə hər vasitə ilə inteqrasiya edib onlara əngəlli olduqlarını unutdurmalıyıq. İnsanlıq, humanizm və Allaha yaxın olmaq istəyi bunu tələb edir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol