Qorxunc mənzərə

09:10 10-04-2021 | icon 379 | Maraqlı
Qorxunc mənzərə

Türkiyənin paytaxtında qorxunc hadisə qeydə alınıb. Belə ki, Sahibsizlər Fondunun rəhbəri Faruk Açık küçə heyvanlarını bəsləmək Üçün İmrahor vadisinə yollanarkən orada bir it cəsədi aşkarlayıb. Avtomobilindən düşüb irəli getdikdə isə zibil torbalarına doldurulan çox sayda ölü it leşi aşkarlayıb.

 

Hadisə yerinə dərhal hüquq mühafizəçilər cəlb olunub. Araşdırma zamanı 30-dan artıq itin pəncələrində intraket ilə damar yolu açıldığı müəyyən olunub.

 

Bu barədə “Haber Global” xəbər yayıb.

“Torbalara baxdıqda heyvanlar ayaqlarında bandajlar, damar yolları açıq vəziyyətdə idi. Kim və ya kimlər tərəfindən bura atıldığını bilmirik, ancaq bu heyvanlara zibil kimi davranılmasını və cəmiyyət tərəfindən təcrid olunmasını şiddətlə qınayırıq”, - deyə F.Açıq bildirib.

 

 

Təsərrüfat və Meşə Nazirliyinin Yerli Heyvanqoruma İdarəsinin nümayəndəsi Şafak Açıkalın belə hadisələrin ilk dəfə yaşanmadığını bildirib.

 

“Küçədə həmişə serumlu heyvanlar tapırıq. Bu serum işi nədir? Normal bir vətəndaş, yaxud cani durduğu yerdə “serum taxıb, mən bunu zəhərləyim”, - deməz, birbaşa öldürər. Heç kimi günahlandırmıram, amma mən özüm də serumlu, damar yolu açılmış pərişan vəziyyətdə it tapmışdım. Onu dərhal baytara apardım və o, müalicə olundu”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol