Komitə sədri bəstəkar-pedaqoq Oqtay Rəcəbovla görüşüb

10:48 10-04-2021 | icon 326 | Mədəniyyət
Komitə sədri bəstəkar-pedaqoq Oqtay Rəcəbovla görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi və Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovla Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili bəstəkarı 80 illik yubileyi münasibəti ilə təbrik edib:

 

"Hörmətli Oqtay müəllim, Siz – görkəmli Azərbaycan bəstəkarı, pedaqoq və alimini 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirəm! Siz Azərbaycan Prezidentinin təqaüdçüsü, Əməkdar incəsənət xadimi və Əməkdar müəllimsiz. Siz pedaqoji elmlər doktoru, professorsuz, habelə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademikisiz. Hələ sovet dövründə nüfuzlu gənclik mükafatına layiq görülmüş, sənət və elmi-pedaqoji fəaliyyətinizlə bir sıra başqa mükafatlara, təltiflərə də layiq görülmüş, o cümlədən Müstəqil Azərbaycan Respublikasının “Tərəqqi” medalını almısız. Siz Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika və istehsalatın əsasları fakültəsində (1958-1963), AMEA-nın Fizika İnstitutunun aspiranturasında təhsil almısız, eləcə də, Azərbaycan Dövlət Konservatoriyasını bitirmisiz (1969). Müxtəlif təhsil ocaqlarında fizika və musiqi fənnlərini tədris etmisiz, ayrı-ayrı elm-təhsil ocaqlarında çalışmış, önəmli vəzifələr daşımısız. Əlbəttə, cəmiyyətimiz Sizi daha çox bəstəkar kimi, musiqişünas sənətkar kimi tanıyır, sevir. Siz 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifisiz. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanız, 70 dərslik, dərs vəsaiti və proqramınız, 100-dən artıq məqaləniz gün üzü görüb. Sizin uşaq mahnılarınız 6 topluda çap olunub; uşaq mahnılarınız, əsasən vətənpərvərlik mahnıları, flora və faunaya aid təbiət mahnıları, rəqəmlərə həsr olunmuş mahnılar, vurma cədvəlinə həsr olunmuş mahnılar, valideynlərə ad edilmiş mahnılardır. Göründüyü kimi, Siz ilk ixtisasınıza və müəllimlik peşənizə bəstəkar fəaliyyətinizdə də sadiq qalmış, necə deyərlər, sənət və elm sizin fəaliyyətinizdə qoşa qanad kimi təcalla edib. Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm can sağlığı diləyir, ən xoş diləklərimizi yetirirəm"!

 

Q.Paşayeva O.Rəcəbova Komitə adından Təbrik Məktubu, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

 

Professor Oqtay Rəcəbov səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı