"Ölkədə çox şeyi qısa vaxt ərzində dəyişmək lazımdır"

09:47 30-10-2018 | icon 457 | Dünya
"Ölkədə çox şeyi qısa vaxt ərzində dəyişmək lazımdır"

“Gürcüstan cəmiyyətindən səhvlərimiz və insanları narahat edən problemlərlə bağlı dəqiq mesaj aldıq. Bu seçkilər göstərdi ki, ölkədə çox şeyi qısa vaxt ərzində dəyişmək lazımdır”.



Versus.Az “Azərtac”a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze oktyabrın 28-də keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən bildirib.

 

M.Baxtadze prezident seçkilərinin ikinci turunda bütün tərəfdarların maksimal səfərbərliyinin təmin olunacağını deyib.

 

Xatırladaq ki, oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,64 faiz, müxalifdə olan “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb.

 

Hər iki namizəd ikinci turda mübarizəni davam etdirəcək. Seçkilərin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür