Qənirə Paşayeva Ramiz Həsənoğlunun 75 illik yubileyində

18:02 11-04-2021 | icon 434 | Mədəniyyət
Qənirə Paşayeva Ramiz Həsənoğlunun 75 illik yubileyində

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti, AzTv-nin “Sabah" Yaradıcılıq Studiyasının bədii rəhbəri Ramiz Həsənoğlu ilə Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili yubilyarı 75 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

"Hörmətli Ramiz müəllim, Siz – görkəmli teatr, kino və televiziya rejissorunu 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Siz 1946-cı ildə qədim Azərbaycan şəhəri İrəvanda doğulmusuz. Ananız Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, Əməkdar artist Ətayə Əliyeva, atanız Əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevin sənət dünyası qədim şəhərimizin ruhu ilə birgə Sizin həyat yolunuza sirayət etmişdir. Siz Azərbaycanda və Rusiyada nüfuzlu ali sənət ocaqlarında təhsil almısız. 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində yaradıcı əmək fəaliyyətinə başlamısız, bir sıra teletamaşaları ekranlaşdırmısız. Yüksək sənətkarlıqla quruluş verdiyiniz teletamaşalar “Qatarda”, “Topal Teymur”, “Günahsız Abdulla”, “Ac həriflər”və ilk Azərbaycan telemüzikli “Ordan-burdan” Sizə geniş şöhrət qazandırıb. Siz 200-dən artıq, müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş vermisiz. Eyni zamanda Musiqili Komediya Teatrında “Məzəli əhvalat” və Milli Akademik Dram Teatrında “Brüsseldən məktublar” tamaşalarına da quruluş vermisiz. 2007-ci ildə Xalq yazıçısı ANARın ssenarisi əsasında çəkdiyiniz “Cavid ömrü” bədii, tammetrajlı filmi məşhurdur. Azərbaycan televiziyasının “Sabah” eksperimental yaradıcılıq emalatxanasının uğurları sizin adınızla sıx bağlıdır. Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüsüz, iki ilə yaxın “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri olmusuz. Bir sıra mükafatlara, təltiflərə, 2016-cı ildəsə Xalq artisti adına layiq görülmüsüz. Bu yüksək fəxri ad Sizə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinizə görə verilib. Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm can sağlığı diləyir, ən xoş diləklərimizi yetirirəm"!

 

Q.Paşayeva R.Həsənoğluna Komitə adından Təbrik Məktubu, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

 

R.Həsənoğlu səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür