Mədəniyyət Komitəsində tanınmış tərcüməçi, şairlə görüş
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış tərcüməçi, şair Sevil Gültənlə Mədəniyyət Komitəsində görüşüb.
Versus.az xəbər verir ki, millət vəkili şairi yubileyi münasibəti ilə təbrik edib, yaradıcılıq planları ilə maraqlanıb, yeni uğurlar diləyib:
"Hörmətli Sevil xanım, Siz – tanınmış tərcüməçini, şairi, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvünü 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Siz hələ Xarici Dillər İnstitutunun (hazırkı Azərbaycan Dövlət Dillər Universiteti) oxuyarkən bədii yaradıcılıqla məşğul olmusuz. Hələ I kursda oxuduğunuz vaxt tərcümə etdiyiniz kiçik hekayələr institutun "Bilik" qəzetində çap edilib. Siz əmək fəaliyyətinə müxtəlif kənd məktəblərində pedaqoji fəaliyyətlə məşğul olmusuz. "Küsüb getmək istəyirəm dünyadan", "Ürəyimin göz yaşları" adlı şeir kitablarınız, "Uşaqlıq illərimin şəkiləri" adlı esselər kitabınız gün üzü görüb. İngilis dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən ingilis dilinə çoxsaylı kitablar tərcümə etmisiz. Müxtəlif aparıcı nəşriyyatlarla əməkdaşlıq edir, dövri mətbutada davamlı çıxışlar edirsiz. Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm can sağlığı arzulayır, ən xoş diləklərimizi yetirirəm"!
Q.Paşayeva yubilyara Komitə adından Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
S.Gültən səmimi görüş və təbriklər üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə yubilyarın qızı Gültən Qədirli iştirak edib.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"