“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

14:38 12-04-2021 | icon 719 | Geopolitika
“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Fuad Əliyev: “Gürcüstan bu müzakirədə öz problemlərinin həllinə çalışacaq”

 

Xəbər verdiyimiz kimi, bu gün Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi müzakirəyə çıxarılacaq. Müzakirələr “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ətrafında aparılacaq.

 

Maraqlıdır, bu müzakirələr Azərbaycana nə verə bilər və Qafqazda Gürcüstan üçün president nədir?

 

Məsələ ilə bağlı Versus.Az-a münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, Gürcustanda hal hazırda Rusiyaya loyal hakimiyyət mövcuddur.

 

Partiya sədrinin sözlərinə görə, onlar Rusiyanın təsirindən qurtulmaq istəyirlər:

 

“Gürcüstan Abxaziya və Simali Osetiya problemini hələ də həll edə bilməyib. Mənim fikrimcə, ola bilsin ki, gürcülər İkinci Qarabag – Vətən Müharibəsinin nəticələrindən həvəslənərək öz problemlərini, Abxaziya və Simali Osetiya məsələsini həll etsinlər. Ona görə bu məsələnin müzakirəsi qapalı formatda keciriləcək”.

 

Fuad Əliyev qeyd edib ki, eynilə Ukrayna da indi öz daxili problemlərini "DNR" və "LNR" həll etmək istəyirlər. Amma Gürcüstan nə bizim, nə də ki, ermənilərin tərəfini saxlamayacaq:

 

“Gürcülər Azərbaycanın enerji daşıyıcılarından asılıdır, buna baxmayaraq, bizi açıq şəkildə dəstəkləməyəcəklər. Əksinə, bir neşə məsələlərdə ermənilərə daha yaxındırlar. Bizim də Gürcüstanla sərhəd məsələlərimiz hələ də həll olunmayıb. Gürcülər tarixi "Gəncə qapıları"nı hələ də qaytarmayiblar, orada yaşayan 300 mindən çox azərbaycanlının hüquqları hələ də pozulur. Bu baxımdan, bizim mövqelərimiz müdafiə olunmayacaq.

Qeyd etdiyim kimi, Gürcüstan çalışacaq ki, bu müzakirədə öz problemlərini necə həll etməyin yollarını tapsın. Çıxış yollarını müzakirə edəcəklər ki, Rusiyanın təsirindən çıxsınlar və öz torpaqlarını qaytarsınlar”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər