Nazirlik şikayəti araşdırdı

17:17 12-04-2021 | icon 335 | Sosial
Nazirlik şikayəti araşdırdı

Türyançayın Ağdaş rayonunun Ləki qəsəbəsindən keçən hissəsində məişət tullantılarının çay hövzəsinə atılması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. 

 

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, çay hövzəsinə keçirilən baxış zamanı sözügedən ərazinin Türyançay Dövlət Təbiət Qoruğunun ərazisi olmadığı məlum olub, lakin tullantıların pərakəndə şəkildə çay hövzəsinə atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi təsdiqini tapıb:

 

“Ərazinin qısa vaxt ərzində təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Ağdaş rayonunun Yuxarı Ləki bələdiyyəsinin sədri Faiq Mahmudova məcburi göstəriş verilib. Çay hövzəsi Xidmətin əməkdaşlarının nəzarəti altında bələdiyyə işçiləri tərəfindən tullantılardan təmizlənib”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI