Millət vəkilindən HƏYƏCAN TƏBİLİ

09:29 13-04-2021 | icon 194 | Siyasət
Millət vəkilindən HƏYƏCAN TƏBİLİ

Musa Quliyev: “İnsanları maskasız gəzməyə sövq edənlərə qarşı tədbir görülməlidir”

 

Son günlər sosial şəbəkədə bəzi insanlar əhalini ictimai yerlərdə tibbi maskalardan istifadə etməməyə səsləyən paylaşımlar edirlər.

 

Bu çağırışların kor təbii şəkildə, koronavirus infeksiyasının nə dərəcədə təhlükəli ola biləcəyini dərk etmədən digərləri tərəfindən də paylaşılması cəmiyyətdə çaşqınlıq yaradır. Belə ki, koronavirusun yenidən geniş yayıldığı bir zamanda belə bir paylaşımlar yalnız insanların sağlamlığını təhlükəyə atır.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyev açıqlamasında bildirib ki, bu çox təhlükəli kampaniyadır.

 

Millət vəkili vurğulayıb ki, bunu kim və haradan yayır, hansı məqsədlə edir, bilinmir:

 

"Amma tibbi maskalardan istifadə etməməyə çağırışlar insanlara ziyan gətirər nəinki xeyir. Xüsusilə də koronavirus infeksiyasının yeni ştammının ölkəmizdə yayıldığı bir zamanda tibbi maska olmadan ictimai yerlərdə gəzmək sağlamlığa ciddi təhlükədir. Ölkəmizdə yoluxma sayının 3 minə yaxınlaşdığı, ölüm faktlarının da artığı bir dönəmdə əhali arasında belə bir kampaniya aparmaq düşmənçilikdir. Bu kampaniyanı başladan, davam etdirən şəxslər müəyyən olunmalı və hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin normaları çərçivəsində ciddi tədbirlər görülməlidir”.

 

M.Quliyev onu da əlavə edib ki, gənc və məlumatsız insanların bu kampaniyaya kor təbii şəkildə qoşulması daha da təhlükəli vəziyyət yaradır:

 

“Bəziləri bilə-bilə, bəziləri isə bilmədən bu təbliğata qoşulur. Bu zərərli kampaniyanın bir hissəsi olmaq lazım deyil. Bu çox zərərli kampaniyaya qarşı insanları ayıq-sayıq olmağa səsləyirəm. Buna qoşulmaq olmaz”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI