Ramazan ayı ilə əlaqədar vətəndaşların iftar süfrələrində və ibadətlərdə kütləvi toplaşması ehtimalı ictimaiyyətdə karantinin yenidən sərtləşdirilməsi barədə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı “ARB Xəbər”ə açıqlama verən həkim Adil Qeybulla bildirib ki, hazırkı vəziyyət nəzərə alınaraq ibadətlərin onlayn olması məqsədəuyğundur:
“Orucluqda epidemioloji vəziyyətdən asılı olaraq karantin qaydaları sərtləşdirilə və ya yumşaldıla bilər. Hesab edirəm ki, məscidlərdə bütün ibadətlər onlayn olmalıdır. Ayinlərin də onlayn icra olunması mümkündür. Rəqəmsal rabitə buna imkan verir.
Koronavirusa yoluxmalar nə qədər çox olarsa, işimizə ziyan vuracaq sərtləşmələr olacaq, bundan da insanların özü əziyyət çəkəcək”.