Millət vəkili Nazirlər Kabinetini tənqid etdi

15:28 13-04-2021 | icon 219 | Siyasət
Millət vəkili Nazirlər Kabinetini tənqid etdi

Sabir Rüstəmxanlı: “Bəs haradadır bu kompleks tədbirlər?”

 

“Şəhid ailələrinin qələbədən böyük təskinliyi yoxdur”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

 

Deputat bildirib ki, ancaq qələbənin möhkəmləndirilməsi üçün çox iş görülməlidir:

 

“Biz qələbə eyforiyası ilə yaşadığımız bu vaxtlarda ermənilər bizə qarşı informasiya müharibəsini gücləndirməkdədir. Bu gün Azərbaycanda ciddi informasiya mərkəzinin yaradılmasına ehtiyac var. Adı Qarabağ İnformasiya Mərkəzi ola bilər. Bütün dünyada bizə qarşı gedən erməni yalanlarına bu informasiya mərkəzi vasitəsilə vaxtında cavab verməliyik. Bu işdə peşəkarlar var. Dünya ölkələrində ermənilərin yaydığı bütün yalanlara cavablar hazırlanmalı və müxtəlif dillərə tərcümə edilməlidir”.

 

S.Rüstəmxanlı çıxışında rayonlarda işsizlik probleminin olduğunu da deyib:

 

“Digər tərəfdən, keçən il demişdim ki, Kür quruyur. Kür bu il keçən ilkindən də acınacaqlı vəziyyətdədir. Nazirlər Kabinetindən mənə dedilər ki, kompleks tədbirlər görülür. Bəs haradadır bu kompleks tədbirlər? Sadəcə Neftçala şəhərinə su çəkildi, amma kəndlərə yox. Kəndlərdə şor sudan istifadə olunur. Kür boyu çoxlu balıq nohuru var. Biz insanları məcbur edirik ki, insanlar şor su, balıqlarsa şirin su içsin. Suvarma sistemini köhnə sistemdən müasir sistemə keçirməliyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir