ABŞ Almaniyada hərbi qüvvəsini artırır
ABŞ Almaniyadakı hərbi qüvvəsini 500 nəfər artırmağa qərar verib.
Mk.ru xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer amerikalı həmkarı Lloyd Austinlə danışıqlardan sonra açıqlayıb.
Onun sözlərinə görə, Berlin bu 500 nəfərin və ailələrinin “buranı ən azı müvəqqəti vətən hesab etməsi” üçün hər şeyi edəcək.
Qeyd edilir ki, indi Almaniyada təxminən 34 min amerikalı hərbçi yerləşdirilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"