Varlanmağa mane olan VƏRDİŞLƏR

08:47 14-04-2021 | icon 400 | Maraqlı
Varlanmağa mane olan VƏRDİŞLƏR

Zənginlik və yoxsulluğun vəziyyəti əksər hallarda varidatın mövcudluğundan, yaxud miqdarından deyil, insanın öz həyatına, həmçinin pula münasibətindən asılıdır.

 

“Praym”ın məlumatına görə, bu barədə rusiyalı psixoloq Dmitri Sinarev bəyan edib.

 

Onun sözlərinə görə, çox vaxt kifayət qədər firavanlıq içində yaşayan insanlar özlərini kasıb hiss edirlər.

 

“Onlar həyatlarından daima narazılıq hiss etdikləri üçün belədirlər, çünki özlərini davamlı olaraq daha çox şeyə sahib birisi ilə müqayisə etməyə meyllidirlər: daha gözəl bir xanım, bahalı avtomobil, prestijli vəzifə və sair arzulayırlar”.

 

Ekspert bu cür insanlara həyatda sahib olduqlarını qiymətləndirməyi bacarmalarını tövsiyə edir.

 

Psixoloqun sözlərinə görə, bir qrup insan isə özlərini təmin etmək imkanı olmasına baxmayaraq, varlana bilmir. Sinarev belələrini evində oturan “divan paxılları” adlandırıb. O bildirib ki, belə insanlar qiymətləndirilməmələrindən şikayətlənir və gizli potensiallarından danışır, amma vəziyyəti düzəltmək üçün heç vaxt ağıllı sözlərdən işə, qurban obrazından aktiv həyat mövqeyinə keçmirlər. Bu cür insanlar xəyal qurmağa meyllidirlər, ancaq həsəd aparmağı bacarırlar,  vaxtlarının çoxunu isə sosial şəbəkələrdə, ya da televizor qarşısında keçirirlər.

 

Mütəxəssis pulu enerjinin maddi təcəssümü adlandırır, çünki insan onu öz həyatına sərf edir.

 

“Bəzən bir insan yaxşı bir komandada olduğundan az maaşlı bir işdə qalır. Kollektivdəki atmosfer onun üçün daha vacibdirsə, qalması yaxşıdır. Ancaq məqsəd pul qazanmaqdırsa, başqa daha gəlirli, yaxud prestijli bir yerə gedilməlidir. Hər yerdə hər şey tapmaq olar”, - deyə psixoloq vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol