“Bunu həyat tərzinizə çevirməyin”

09:34 14-04-2021 | icon 1330 | Sağlamlıq
“Bunu həyat tərzinizə çevirməyin”

Nərminə Abbasova: “Nevrozla yaşamağa məhkum deyilsiniz”

 

 

 

“Nevroz orqanizmdə heç bir orqanik patologiya olmadan meydana çıxan bir pozuntudur. Əslində müasir tibbdə nevroz yox, daha çox nevrotik pozuntular, həyəcan pozuntuları, təşviş pozuntuları kimi sözlər işlədilməkdədir. Maraqlısı odur ki, nevrotik pozuntulardan əziyyət çəkən pasiyentlerin çox vaxt laborator, instrumental və radioloji müayinələrində heç bir dəyişiklik aşkar olunmur”.

 

Bunu Versus.Az-a Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA danışıb.

 

Nərminə Abbasova söhbət zamanı bildirdi ki, nevroz psixoloji, sosial, genetik ve bioloji səbəblərdən meydana çıxa bilər:

 

“Psixoloji səbəb kimi pasiyentin uşaqlıq dövrünü normal yaşaya bilməməsi, ailədə münaqişələr və sair göstərmək olar. Sosial səbəblərə isə maddi durumun yaxşı olmamasını, işsizlik və sair aid edilə bilər. Qeyd edim ki, bir çox xəstəliklərdə olduğu kimi, nevrozda da genetik faktorlar özünü büruzə verməkdədir. Nevrozun yaranmasında ən başlıca səbəb isə bioloji səbəbdir, yəni beyində serotonin maddəsinin (xoşbəxtlik hormonunun) səviyyəsinin aşağı düşməsidir”.

 

Həkim-terapevt bildirdi ki, nevrozun bir çox növləri vardır. Buraya həyəcan nevrozu, obsessiv-kompulsiv nevroz, somatik nevroz, fobiyalar, postravmatik stress pozuntusu və sair aiddir:

 

“Nevrozun simptomları isə həyəcan, ürək döyüntülərinin sayının artması, kefsizlik, ruh düşkünlüyü, bəd xəbər eşitmə qorxusu, yorğunluq, yuxu və iştaha pozulmaları, bədənin müxtəlif nahiyələrində ağrılar, xəstəlik qorxusu, ölüm qorxusu, beyindən çıxmayan fikirlər və hərəkətlər, patoloji səliqəlilik və sairdir.

Nevrozun diaqnostikasına gəlincə, bunun üçün pasiyentdən ətraflı anamnez toplamaq çox vaxt yetərli olur. Lakin bəzən qanda müəyyən parametrləri də yoxlamağa ehtiyac duyuruq”.

 

 

 

Həkim deyir ki, nevrozların müalicəsi ən son protokollara uyğun olaraq pasiyentin yaşı, yanaşı xəstəlikləri, çəkisi və sair nəzərə alınaraq fərdi qaydada aparılır. Onun sözlərinə görə, effektiv müalicə aparmaq üçün ilk növbədə xəstəliyin yaranma səbəbini müəyyənləşdirmək lazımdır:

 

“Nevroza səbəb psixoloji gərginlik, özünəqapanma, təşvişli hiss-həyəcan olarsa, bu zaman müalicənin mütləq komponenti psixoterapiyadır. Həmçinin, sakitləşdirici texnikaların tətbiqi də müsbət təsir göstərir. Nevrozla yaşamağa məhkum deyilsiniz, bunu həyat tərzinə çevirməyin. Vaxtında bizə müraciət etsəniz, düzgün müalicə ilə bu problemlərdən tamamilə qurtulacaqsınız.

Əsəb xəstəliyi sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir. Yəni, uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir”.

 

Həkim-terapevtin sözlərinə görə, qadınlar kişilərə nisbətən nevroza daha çox meyilli ola bilir. Bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir:

 

 

 

“Əsəb ciddi xəstəlik olub, mütləq müalicə tələb edir və bu müalicə nə qədər tez başlanarsa, o qədər də xeyirli olur. Bir çox hallarda nevrozdan əziyyət çəkənlər bu və ya digər orqanlarının fəaliyyətində pozğunluq aşkar etdikdə, səhvən terapevtə, kardioloqa, qastroenteroloqa müraciət edirlər. Bu zaman aparılan müayinələr nəticəsində onlarda, adətən, heç bir ciddi xəstəlik aşkar olunmur. Bundan sonra xəstələr nevropatoloqa, psixoloqa, psixiatra, psixoterapevtə yönləndirilir. Nevroz xəstəliyini müalicə edəndən sonra digər orqanlar tərəfindən olan pozğunluqlar da yox olur. Ancaq insan uzun müddət ərzində nevroz vəziyyətində qalarsa və tibbi yardım üçün müvafiq mütəxəssisə müraciət etməzsə, bəzi hallarda nevroz fonunda onlarda mədənin xora xəstəliyi, bronxial astma, hipertoniya xəstəliyi, neyrodermit (dəri xəstəliyi) və digər xəstəliklər inkişaf edə bilər”.

 

Həkim deyir ki, bundan başqa, bəzi hallarda şəxsiyyətin pataloji pozğunluqları kimi daha ağır xəstəliklər baş verə bilər ki, onların da müalicəsi nevrozun müalicəsindən qat-qat çətin olur. Onun sözlərinə görə, düzgün istirahət rejiminin və gündəlik yuxunun kifayət qədər olmasının təmin edilməsi, tez-tez doyunca yatmamaq halları və xroniki yorğunluq nevrozun yaranmasına kömək edir:

 

“Ümumiyyətlə, əsəb xəstəliyi bütün xəstəliklərin yaranmasında mühüm rol oynayır. Mərkəzi sinir sistemində olan dəyişikliklər digər orqanlara da mütləq şəkildə təsir edir. Yaşından asılı olmayaraq əksər insanların qalxanvari vəzində ciddi dəyişikliklər olur. Qalxanvari vəzdəki bu dəyişikliyin başlıca səbəbi də əsəb gərginliyidir. Qidalanmanın düzgün olmaması da sinir sisteminə təsir edir və əsəb xəstəliklərinə yol açır. Orqanizmdə baş verən müxtəlif problem, travmalar, psixoloji pozuntular da bu xəstəliklə nəticələnir”.

 

Həkim hər zaman ürək-damar xəstəliklərindən şikayətçi olan insanların sayının çoxluq təşkil etdiyini də vurğulayıb. Onun sözlərinə görə, ürək-damat xəstəliklərinin artmasına da səbəb birbaşa əsəb sistemi xəstəlikləridir. Həkimin sözlərinə görə, əsəb xəstəliyi həm də hormonal tarazlığın pozulması ilə bağlıdır. Nərminəxanım bildirdi ki, müalicə yolu ilə hormonal dəyişikliklər aradan qaldırılır:

 

“Onu da qeyd edim ki, mərkəzi sinir sistemindəki pozuqluq anadangəlmədirsə, travmalar ciddidirsə, bu zaman xəstəliyin fəsadları mütləq qalır. Doğuş zamanı dölün aldığı travmalar da çətin sağalır”.

 

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova nevroz xəstəliyindən müalicə olunmanız üçün sizləri MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər