“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

12:08 14-04-2021 | icon 613 | Cəmiyyət
“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

Könül İsmayılova: “Bəzi məmurlar üçün bu məsələ maraqlı olmaya bilər, amma...”

 

“Əgər sağlam gələcək yetişdirmək istəyiriksə, dövlətin dəstəyi mütləqdir. Kim deyirsə ki, Azərbaycan büdcəsinin bunun üçün imkanları məhduddur, o yəqin ki, ya hakimiyyətə yaltaqlanır, ya da iqtisadi savadı yoxdur. Ümumiyyətlə, qoy büdcə barədə hesabat dövlətin özündən gəlsin”.

 

Bunu Versus.Az-a son vaxtlar gündəmdən düşməyən və sosial şəbəkələrdə mübahisəli şəkildə müzakirə edilən uşaqpulu məsələsi ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədr müavini Könül İsmayılova bildirib.

 

Könül İsmayılovanın fikrincə, uşaqpulu məsələsinin müsbət həlli Azərbaycan dövlətinin insan kapitalı kimi bir uğurudur:

 

“Buna qarşı çıxanlar çox güman ki, sadəcə özlərini bu cür səs-küylü müzakirələrlə gündəmdə saxlamaq istəyir. Onlara sözüm budur ki, siyasi oyunlarını sadə insanların qəzəbi üzərində aparmasınlar. Və ən əsası da ortaya əsaslı bir səbəb qoysunlar”.

 

Könül xanım qeyd edib ki, başqa ölkələrdə, məsələn, ərəb ölkələri və Avropanın bəzi dövlətləri uşaqpulu verdiyi halda Azərbaycan demək olar ki, kənarda qalır. Nəzərə almaq lazımdır ki, ən kasıb ölkələrdə belə uşaqpulu verilir:

 

“Çünki həmin ölkələrdən məsələn, Birləşmiş Ərəb Əmirliklərində yeni doğulan körpələrin valideynlərinin 20 min dollar həcmində kreditləri silinir, həmçinin yeni doğulan körpənin valideynlərinə 50 min dollara qədər müavinət ayrılır. Eyni zamanda, körpənin adına bankda hesab açılır və 18 yaşında ona 100 min dollar verilir. Küveyti götürək, valideynlərə övlad olmamışdan qabaq 240 min dollar kredit götürmək imkanı yaradılır. Yeni körpə doğulan zaman həmin məbləğin 20 min dolları silinir. Yeni doğulan körpə üçün bankda 3 min dollar məbləğində hesab açılır və həmin məbləğ 18 yaşına qədər faizlə birgə ona təqdim olunur. Bundan əlavə həm Avropa, həm də digər ölkələrdə yeni doğulan körpələrə 500-10 min dollar arası birdəfəlik vəsait təqdim edilir. Azərbaycanda isə yeni doğulan körpələrə yalnız doğulanda bircə dəfə birdəfəlik 200 manat müavinət verilir. Əksər dövlətlərdə uşaqlara həm də aylıq mavinət ayrılır. Azərbaycanda isə hələlik buna ehtiyac görülmür. Niyə belə olmalıdır? Azərbaycan təbii sərvətləri, nefti ilə dünyada öz sözünü demiş ölkədir, nəyə görə uşaqpulu məsələsində zəif görünməlidir?”

 

MMP sədr müavini vurğulayıb ki, uşaqpulunun bərpası üçün işçi qrupu işləməli, nəticələr və təkliflər ortaya qoyulmalıdır:

 

“Belə olmasa, İlqar Məmmədov kimi ölkədə qarışıqlıq salmaq istəyənlər hələ çox oyunlar sərgiləyəcəklər. Bu insanlara dövlətin diqqəti, qayğısı lazımdır. Sağlam gənclik, mükəmməl əsgər, ixtiraçı yetişdirməliyik. Bunlar tək valideyinlərin işi deyil, dövlət maraqlı olmalıdır bunda. Hakimiyyətin bəzi məmurları üçün bu məsələ maraqlı olmaya bilər. Bu səbəbdən gündəmə gətirilməsini də istəməzlər. Amma mükəmməl əsgər, həkim, müəllim, memar, diplomat, ixtiraçı və sair yetişdirmək istəyən hökumət birinci növbədə dövlətin qarantı olan insan kapitalını düşünməlidir.

MMP olaraq əminik ki, ölkə başçımız bu məsələnin də müsbət həlli üçün lazımi tədbirlərin görülməsi yönündə tapşırıqlar verəcək”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”