İmperializm siyasətinin əyani sübutu
Əlcəzairli tarixçi Ali Farid Belkadi 2010-2011-ci illərdə Fransa və Avropanın aparıcı zəfər (heyday) günü muzeylərində araşdırma aparıb.
Tarixçi həmin muzeylərdə 68 əlcəzairliyə məxsus kəllə sümüyü aşkarlayıb.
Qeyd etmək lazımdır ki, ümumilikdə “l'Homme in Trocadéro” muzeyində 18000 kəllə sümüyü var və bu kəllə sümüklərinin əksəriyyəti ictimaiyyətə açıq deyil. Məsələ, ictimailəşdikdən sonra Fransa prezidenti Emmanuel Makron 24 kəllə sümüyünün 3 mart 2020-ci ildə Əlcəzairə qaytarılmasına razılıq verib və onlar qaytarılıb. Muzeydə 150 ildən artıq nümayiş etdirilən bu kəllə sümükləri arasında fransız işğalına qarşı xalq müqavimətində iştirak edən altı liderə məxsus qalıqlar da var.
Məlumat üçün bildirmək lazımdır ki, həmin liderlər arasında Cürdjura bölgəsindəki “Çerif Boubeghla” ləqəbini daşıyan məşhur üsyanın təşəbbüskarı kimi tanınan Məhəmməd Ləmzad ben Abdelmalek və fransız zülmünə qarşı Əlcəzairdə Zaatçalar üsyanının lideri Əhməd Bouziane də var.
Hal-hazırda Əlcəzair xalqının müstəmləkəçiliyə qarşı vuruşan simalarından 12 nəfərin kəlləsi sözügedən muzeydə saxlanılır.
İddialara görə 18000 kəllənin mütləq əksəriyyəti Fransanın tarix boyu müharibələrdə qalib gəldiyi döyüşlərdən qənimət kimi saxlanılanlardır. İnstitut rəhbəri isə kəllələri antropoloji məqsədlər üçün saxladıqlarını iddia edir.
Eyni qayda ilə sözügedən muzey 21 Maori döyüşçüsünün kəlləsini Yeni Zelandiyaya qaytarıb. Maorilərlə bağlı analoji addımı Almaniyada atıb.
Digər tərəfdən Almaniyada Prussiya Mədəni İrs Vəqfinin Afrikadan gətirilmiş mindən çox insan kəlləsi topladığı kolleksiya var.
Bunlardan əlavə, 1881-1914 illərdə Afrikadan minlərlə insanın qalıqları (xüsusilə ilə kəllələr) müharibə qəniməti kimi Avropaya gətirilib. Avropanın müstəmləkə dövlətləri Fransa, Belçika, İspaniya, İtaliya, İngiltərə və Portuqaliya bunu sırf Afrika dövlətləri üzərində hərbi üstünlüklərini və Afrika xalqının şiddətlə tabe edilməsinin nümayiş etdirmək üçün edirdilər.