İbrahimoviç üç il müddətinə futboldan kənarlaşdırıla bilər

09:21 15-04-2021 | icon 276 | İdman
İbrahimoviç üç il müddətinə futboldan kənarlaşdırıla bilər

Zlatan İbrahimoviç FIFA və UEFA tərəfindən müəyyən olunmuş qaydaları pozduğuna görə uzun müddət futboldan kənarlaşdırıla bilər.

 

Sports.ru xəbər verir ki, İsveç millisi və “Milan”ın hücumçusuna məxsus “Unknown AB” şirkəti “Bethard” bukmeker kontorunda 10%-lik paya sahibdir.

 

Qaydalara əsasən, bukmeker kontorunda hər hansı bir marağı olan futbolçu FIFA və UEFA bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz. Qaydanı pozanları isə 100 min avroyadək cərimə və ya üç ilədək futboldan uzaqlaşdırılma gözləyir.

 

İsveç Futbol Federasiyası məsələ barəsində artıq bir neçə ildir məlumatlı olduğunu bildirib. FIFA və UEFA isə hələ ki vəziyyəti şərh etməkdən imtina edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI