Rusiyanın Azərbaycanın suverenliyinə qarşı atdığı addımlar

16:52 15-04-2021 | icon 928 | Siyasət
Rusiyanın Azərbaycanın suverenliyinə qarşı atdığı addımlar

Ramiyə Məmmədova: "Bu, Azərbaycan Prezidentinin diqqətindən kənarda qala bilməzdi”

 

44 günlük müharibədən sonra Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “isgəndər m” və digər qadağan olunmuş silahların arxasından “sülh göyərçini” - Rusiyanın çıxması ölkə ictimaiyyətinin narahatlığına və etirazına səbəb olub. Müharibədə Azərbaycanın öz haqqı uğrunda qazandığı ədalətli zəfəri heçə saymaq istəyən və hər vəchlə ölkəmizin müstəqilliyini kölgələməyə çalışan qüvvələrin apardığı bu məkirli siyasət Azərbaycanın tam qələbəyə çatması üçün yeni bir müharibə ərəfəsini yaşadığını ifadə edir. Prezident İlham Əliyevin son çıxışlarında Azərbaycanın öz tarixi torpaqlarına - Zəngəzura, İrəvana qayıdacağımız və Rusiya istehsalı olan “İsgəndər m” raketi ilə bağlı Rusiyadan izahat istəməsi ölkə və beynəlxalq ictimaiyyətə ünvanlanan  və Azərbaycana qarşı iddiaların bitmədiyini ifadə edən məqam kimi də dəyərləndirilir. Prezidentin Rusiyaya və Ermənistana yönəlik bu çıxışları nəyi ifadə edir?

 

Versus.Az xəbər verir ki, Türkiyə “Word Ponarama” Araşdırmalar mərkəzinin rəhbəri Ramiyə Məmmədova şərhində Prezidentin son çıxışında İrəvan, Zəngəzur, eyni zamanda Rusiyanın “İsgəndər m” raketi ilə bağlı məqamlara xüsusi vurğu ilə yanaşmasını yüksək dəyərləndirib.

 

Politoloq bildirib ki, müharibədən sonra sözdə dost, əməldə isə düşmənin əlinə işləyən qüvvələrin hər addımbaşı ölkəmizi qaralamağa yönəlik bəyanatları ikiüzlü dünyanın ikilistandartlardan əl çəkmədiyini göstərir. Onun sözlərinə görə, vaxtilə ATƏT-in Minsk Qrupu missiyasında Qarabağa “turist” kimi gəlib status-kvonu qoruyub saxlayan, ölkə daxilində baş verən istilanı, erməni işğalını görməzdən gələn bu dövlətlər, yenə də ayrı-ayrılıqda özlərini regiona sırımaq üçün əllərindən gələni edir və bunun üçün erməni maşası kimi çxış edirlər:

 

“Guya sülhməramlı missiyası adı altında Qarabağa ordu yeridən Rusiyanın Azərbaycanın suverenliyinə qarşı atdığı addımlar, apardığı siyasət təbii ki, Azərbaycan xalqının, eləcə də ölkə başçısının diqqətindən kənarda qala bilməz. Rusiyanın Ermənistanı havayı silahlandırmasının pik nöqtəsi qadağan olunmuş “İsgəndər m” raketinin düşmən əli ilə Azərbaycana atılması faktıdır. Müharibədən sonra Şuşada “isgəndər m” raketnin qalıqlarının tapılması Azərbaycanın Qarabağ bölgəsinə olan rus iddialarının gizlinlərini bir daha üzə çıxarır.  Ermənistana havayı silahlar verən, eləcə də müharibə gedən ərəfədə mülki yaşayış məskənlərinə - Gəncəyə, Bərdəyə atılan qadağan olunmuş silahlarn, öldürülən insanların haqqı-hesabı soruşulmalıdır”.

 

Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “isgəndər m” raketi və digər qadağan olunuş silahları Ermənistana verən Rusiyanın bu məsələyə aydınlıq gətirməsini ortaya qoyaraq, öz sərt msajını vermis oldu:

 

“Hadisələr onu göstərir ki, Rusiya ilə bağlı məsələlər geridə qalmalıdır. Rusiya Ermənistana və Qarabağda olan erməni separatçılarına dəstək verir. Qarabağdan erməni silahlılarının çıxarılmaması, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, erməni separatizmini ifadə edən mərasimlərdə iştirakı, rus dilini dövlət dili etməsi, diversiya qrupunun hərbi əsr kimi təqdim olunaraq Ermənistatna qaytarılması ilə bağlı cəhdlər, Azərbaycana qarşı öhdəliklərin yerinə yetirilməməsi, müharibədən sonra ərazilərimizdən rus nişanlı “İsgəndər”in çıxması, Laçın dəhlizinin ermənilər üçün gediş-gəliş xətti kimi saxlanılması və sair faktlar Azərbaycanın Rusiya ilə münasibətlərinin pozulmasına apara bilər. Fakt budur ki, Ermənistan Rusiyanın forpostu olduğuna görə ermənilərə dəsək davam edir. Azərbaycan öz ərazilərini yad ünsürlərdən təmizləməlidir”.

 

Politoloq deyir ki, Prezidentin İəvana getmək, İrəvan xalnlığını qaytarmaqla bağlı çıxışı Ermənistana bir mesajdır:

 

“Prezident bir daha Ermənistanı sülhə çağıraraq, bu dövləti işğalçılıq iddiasından əl çəkməyə dəvət etdi. Əks halda Azərbaycanın Dəmir Yumruğ daha da möhkəmləndirilir və nəticədə öz işini görməyə hazırdır”.

 

Ermənistanın işğal nəticəsində xarabaya çevirdiyi torpaqların dünya qarşısında bir fakt olduğunu deyən politoloq hesab edir ki, Azərbaycan ona dəymiş ziyanın qarşılığında Ermənistandan təzminat tələb etməlidir. Belə ki Ermənistan Zəngəzuru təzminat olaraq verməldir.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”