TBMM-nin HESABATI

19:24 15-04-2021 | icon 213 | Siyasət
TBMM-nin HESABATI

Ermənistan müharibə cinayəti törədib

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Haqlarını Araşdırma Komissiyasının iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, AKP Bursa millət vəkili Hakan Çavuşoğlunun sədrliyi ilə keçirilən iclasda Komissiyanın 44 günlük Vətən müharibəsində Ermənistanın insan haqları pozuntularını əks etdirən hesabatı müzakirə edilib.

 

Bildirilib ki, Ermənistan ordusunun Azərbaycanın Gəncə, Tərtər və Bərdə şəhərlərinə hücumları nəticəsində həyatını itirən mülki şəxslərin yaxınları ilə görüşlər keçirilib və səlahiyyətli şəxslərdən məlumatlar toplanıb:

 

“İkinci Qarabağ müharibəsində Ermənistan ordusu beynəlxalq insan hüququ normalarını sistemli şəkildə tapdalayıb, fosforlu mərmilər kimi qadağan olunmuş silahlardan istifadə edib, qəsdən yaşayış məntəqələrini, qəbiristanlıqları, məktəbləri, səhiyyə müəssisələrini, mədəni abidələri atəşə tutub”.

 

Qeyd olunub ki, Ermənistan müharibə cinayəti törədib.

 

Vurğulanıb ki, 44 günlük savaş Türkiyədə yaşayan erməni əsilli vətəndaşlarda narahatlıq yaradıb, erməni ictimaiyyətinə qarşı heç bir təzyiq qeydə alınmayıb. Bəzi media qurumlarının törətdiyi təxribatların qarşısı alınıb və Türkiyə hökumətinin erməni əsilli vətəndaşların təhlükəsizliyi istiqamətində gördüyü tədbirlər məmnuniyyətlə qarşılanıb.

 

Müzakirələrdən sonra komissiya hesabatı təsdiqləyərək qəbul edib. /apa/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev hiddətləndi: Əgər vaxtında dayandırmasaq...

Avropa İttifaqı operativ silahlı qüvvələr yaradır

Ukrayna üçün NATO-nun qapıları açılır

5 avtomobil körpünün üstündə toqquşub

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Kosmosda suborbital ekskursiya üçün bilet HƏRRACDA

Uşağın səsi görənləri heyrətləndirdi

Kütləvi etiraz və tətillər başladı

Qlobal fəlakət barədə XƏBƏRDARLIQ