“Ən böyük boşluq əlillik və müavinətlərlə bağlıdır” - MÜSAHİBƏ

12:02 16-04-2021 | icon 1394 | Siyasət
“Ən böyük boşluq əlillik və müavinətlərlə bağlıdır” - MÜSAHİBƏ

Razi Nurullayev: “Bütün bunlar böyük problemlər və dövlətə yük yaradır”

 

Vətəndaşın sosial hüquqlarının qorunması ilə bağlı yaranan tələb və gərginlik aidiyyatı qurumların mizan-tərəzini pozmaları ilə daha çox müşahidə olunur. Bəs vətəndaş bu prosesdə hansı məsuliyyəti daşıyır və öz hüququnu necə qorumalıdır.

Son vaxtlar sosial sferada üzləşdiyimiz çoxsaylı problemlər sırasında olan neqativlərin haradan və necə qaynaqlandığı dəfələrlə müxtəlif aspektlərdə ortaya qoyulub. O zaman niyə haqq-ədaləti alt edən əsas səbəblər tapılmır, niyə problemlər azalmır?

 

Bu və ya digər məsələlərlə bağlı Versus.Az-a müsahibə verən Milli Məclisin deputatı Razi Nurullayev maraqlı nüanslara diqət çəkib.

 

"Kimsə vətəndaşa deyib ki, 2-3 min gətir, sənə əlillik verəcəm"

 

- Razi bəy, müşahidələrə əsasən deyə bilərəm ki, sosial və digər problemli insanlarla görüşlər keçirir, onların dərdi ilə yaxından tanış olursuz. Bu görüşlər əsasında apardığınız təhlillər sizdə hansı bir qənaəti formalaşdırıb. Vətəndaşları ən çox narahat edən sosial hüquqlarının pozulmasına aparan, onları çarəsiz qoyan səbəblər nə ilə bağlıdır və qanunla tənzimlənməsi istiqamətində hansı boşluqlar var?

 

- Ən böyük boşluq bir çox insanlarımızın savadsızlığı məsələsidir. Unsanların hüquqi biliklərinin olmamasıdır, qanunvericiliyi, oxumamalarıdır, qanunun müddəalarını bilməmələridir. Məsələn, bir vətəndaş gəlib deyir ki, mən əliləm, övladım əlildir, uşağım xəstədir. Və bəribaşdan da proqnoz verir ki, özü ən azı 2-ci qurupdu, uşağı isə 1-ci qurupa düşür. Uşaq da yanında, sağ-salamat, yeriyir, qaçır, oynayır. Bu isə deyir ki, böyrəyi xəstədir, ciyəri xəstədir, o da xəstədir, bu da xəstədir. Amma qanunvericiliyi açıb oxumur. Oxusa 1-ci, 2-ci, 3-cü qrup əlilliyin verilməsi ilə bağlı dövlət tərəfindən müəyyənləşdirilmiş hansı müddəaların olduğunu görər.

Bu gün ən böyük boşluq əlillik və müavinətlərlə bağlıdır. Bildiyimiz kimi, əvvəlki rəhbərlik dövründə Azərbaycanda on minlərlə insana saxta müavinət, saxta əlillik dərəcələri, saxta müharibə veteranları vəsiqəsi verilib, saxta müharibə iştirakçısı adı verilib. Bütün bunlar bu gün cəmiyyətdə böyük problemlər və dövlətə yük yaradır. Birinci növbədə qeyd etməliyəm ki, məhz elə o insanların çoxluğu üzündən həqiqi əlil, müharibə iştirakçısı olan qazilərin də müavinətlərinin artırılması problemə çevrilmişdir. İndi tutaq ki, o insanlar o güzəştləri qeyri-qanuni yolla alıblar. Amma bu, vətəndaşın günahı deyil axı. Çünki kimsə vətəndaşa deyib ki, 2-3 min gətir, mən sənə əlillik və sair verəcəm. Təbii ki, vətəndaşın evinə ayda 250, 300, bəzən 500 manat vəsait daxil olur və bu gün də əlilliyi ləğv ediləndə, hər addıma hazırdır ki, qarşısını alsın. Amma qanunvericilikdə bu bizə çox əziyyət yaradır. Düşünürəm, bu insanlar da anlamalıdırlar ki, qanunları oxumaq, məlumatlanmaq lazımdır. Əgər əlilliyi ləğv edilənlərin həqiqətən də xəstəlikləri varsa və həqiqətən də əmək qabiliyyətini itirməsi barədə həkimin rəyi varsa, buna pensiya verilməlidir, o zaman mən onlara kömək etməyə hazıram. Mən bunu birbaşa cənab nazirə də deyə bilərəm, müavinlərə də deyirəm və məsələ həll olunur. Amma kimsə sadəcə nə vaxtsa xəstəxanada yatdığını deyib pensiya təyin olunmasını istəyirsə, bu, mümkün deyil. Bu gün cəmiyyət üzərində, deputatlar üzərində, dövlət üzərində ən böyük ağırlıq budur.

 

"Əgər bu məsələ ilə bağlı mənə müraciət olunarsa..."

 

- Məsələyə bir tərəfdən yanaşdınız, amma sizə də çox gözəl məlumdur və dəfələrlə qazilərimizlə də bağlı belə situasiyalar önə çəkilib. Baxırsan ki, vətəndaşın əli, ayağı, yaxud gözü yoxdur, ağır xəstədir, buna baxmayaraq əlilliyinin təsdiqlənməsi üçün o, hər dəfə təkrar müayinəyə göndərilir. Bu məsələ qanunla necə tənzimlənir?

 

- Əslində əli, ayağı olmayanların təkrar qeydiyyatdan keçirilməsi tələb olunmur, mən belə hala rast gəlməmişəm. Amma bununla bağlı şikayətlər var və bilmirəm nə qədər həqiqətə yaxındır. Çünki qanunvericilikdə artıq təsbit olunub ki, əlilliyi vizual cəhətdən bilinən, əlini, ayağını itirən insanların bir daha komissiyadan keçirilməsinə ehtiyac yoxdur. Yadınızdadırsa, rəhmətlik prezident Heydər Əliyev də bununla bağlı fikir bildirərkən demişdi ki, - insanlar gəlir, iki ayağı yoxdur, siz ondan tələb edirsiniz ki, komissiyadan keç, məgər onun əl-ayağı əmələ gəlib? O vaxtdan qanunu dəyişdilər və indi o tələb olunmur.

Bu gün serebral iflic xəstələri ilə bağlı ciddi problemlər var. Bu xəstələr tərpənə bilmirlər. Vaxtında ya valideyinlərin məsuliyyətsizliyi, ya da həkimlərin məsuliyyətsizliyi üzündən rəy yazmırlar ki, bu xəstə sağalan deyil. O cür xəstələrlə görüşmüşəm, elə vəziyyətdədilər ki, həyatları boyu düzəlmələri mümkün deyil. Demirəm, Almaniyaya aparıb orada 200-300 min yevro, yarım milyon manat xəsrc çəkələr, bəlkə bir-iki addım ata bilə.

Psixoloji durumu yerində olmayan, iş qabiliyyətini itirmiş xəstələr də var, daxili xəstəlikləri olan xəstələr də var. Bunlar gözlə görünmədiyinə görə həkimlərdə, kənar müşahidəçilərdə belə fikir yaradır ki, bu necə əlil ola bilər. Bax bu problem də yaşanır.

Onu da qeyd edim ki, pensiyalar kəsildikdən sonra insanlar təkrar müraciət edib müayinə və komissiyadan keçənə qədər 6-7 ay keçir ki, bu müddətdə yığılan o məbləği də onlara vermirlər. Bu müddət ərzində onlar nə ilə dolanmalıdır? Bax bu məsələlərdə operativlik, dürüstlük lazımdır.

Əlavə olaraq başqa bir problemi də sizə deyim. Tutaq ki, əmək qabiliyyətini itirmiş bir əlil müraciət edir, ya 190 manat üçün, ya da dövlətdən yardım almaq üçün sosial yardım fonduna, məşğulluq və sairə üçün. Onun doldurduğu sənədi orada əli təmiz olmayan, rüşvətə meyillənən, qanunu işləmək istəməyən əməkdaşlar tərəfindən rəqəmin biri silinir və yaxud bir vergül qoyulur-çıxarılır, o zaman sistem yanlış verir, bildirir ki, düzgün doldurulmayıb. Bu isə birbaşa vətəndaşa qarşı edilən haqsızlıqdır. Bax bu problem var, özü də çox ciddidir. Bu məsələ araşdırılmalıdır. Əgər bu məsələ ilə bağlı mənə müraciət olunarsa, rəhbərliklə müzakirə etməyə hazıram.

 

- Yanlışlığı edən o işçinin marağı nədir, niyə edir bunu?

 

- Yəni o vətəndaşlar, hansı ki, əlillik almaq haqqıdır, təzədən onların yanına gəlsin, 200-300 manat pul verib desin ki, mən daha yoruldum, sən bunu düz-qoş elə göndər. Bu da “düz-qoş” edib bu dəfə düzgün variantı göndərir.

 

"Bu vəziyyəti də yaradan komissiyaların işlərində olan nöqsanlardır"

 

- Razi bəy, bir deputat olaraq bu sahəyə daha çox diqqət göstərdiyiniz üçün sizdən soruşuram - ola bilməzmi ki, ümumiyyətlə bütün rayonlar üzrə əlilliyi, xəstəliyi müəyyən edən komissiyaların işi araşdırılsın? Çünki şikayətlərə əsaslanaraq demək olar ki, dəhşətli dərəcədə korrupsiya var, vətəndaşlar incidilir.

 

- Bəli, əlilliyi, xəstəliyi müəyyən edən komissiyaların işində çatışmazlıqlar Azərbaycanın ikinci müstəqillik dövrü boyu hər zaman olub. Ondan əvvəl də olub. Sovetlərin vaxtında Azərbaycanın ən sağlam adamı 1-ci qrup kimi qeydə alınıb. Bu gün də belədir. Mənə əlillər, pensiyası kəsilənlər tərəfindən şikayət edirlər ki, tanıdığımız şəxslər var ki, guya 1-ci qrup əlildir amma taksi sürür. 1-ci qrup əlildir, fermer işləyir, yaxud 1-ci qrup əlildir, gündə çayxanaları gəzir, havayı pensiya alır. Əslində, 1-ci qrup əlil o deməkdir ki, vətəndaş fiziki cəhətdən əngəlli, əmək qabiliyyətini itirmiş şəxsdir. Bu kimi hallar çoxdur. Bu vəziyyəti də yaradan əlilliyi müəyyən edən orqanların, həkim komisiyaların, onu qəbul edən komissiyaların işlərində olan nöqsanlardır.

 

"Cəmiyyətə daha şəffaf, daha dürüst məlumatlar ötürülməlidir"

 

- Bu günlərdə nazir də dedi ki, 80 min nəfərin əlilliyi ləğv olunub. Yaxşı, bu qədər proseslər baş verib, nöqsanlar var. Nədən o nöqsanları yaradan aidiyyatı qurumlar, yaxud nümayəndələri ortaya çıxarılıb buna görə cavabdehlik daşımır? Nəyə görə o 80 min yaranıb? Niyə nəzarət edilmir? Bu suala kim cavab verəcək?

 

- Bu sualın cavabını mən sizə deyim. Birinci növbədə, bu sualı dövlət nümayəndələrinə versəniz deyəcəklər ki, məhz bu problemlər üzündən nazir Səlim Müslümov həbs edilib, bir çox rayonlarda o işi təşkil edən və saxta əlilliyi verən, saxta müavinətləri təşkil edən, saxta sənədlər düzəldənlər də dövlət təhlükəsizlik xidməti tərəfindən həbs olunublar.

Mənə belə gəlir ki, bu kimi məsələlərlə bağlı ictimaiyyətə daha çox məlumat verilməlidir, adlar açıqlanmalıdır, televiziyalarda təkrar-təkrar rolik şəklində nümayiş olunmalıdır ki, bax bu qanunsuzluqları etdiklərinə görə filan yerlərdə filankəslər həbs edilib, filan idarə istintaq altındadır və sairə. İnsanlara bildirilməlidir ki, hüquq birtərəfli yox, ikitərəfli işləyir.

Digər tərəfdən, insanların mənə ünvanladığı bir məsələ də budur ki, keçmiş nazir Səlim Müslümov daha yaxşı idi, insanları “dolandırırdı”. Yəni qanunsuzluq elə, dövlətdən al, təki dolan. O da buna şərait yaratdığı üçün yaxşı insandı. Bunu da belə əsaslandırır ki, indi əlilliyi ləğv edirlər, sosial müavinatları kəsirlər və sair, amma yenə də oğurluq var və başqaları, vəzifə sahibləri yenə də oğurlayırlar, daha yaxşı yaşayırlar, onlara gözün üstə qaşın var deyən yoxdur, hər kəs düşür kasıbın üstünə. Ona görə də nə qədər həbslər olub, indi dövlət idarələrində işləyən məmurlar hamısı şəffaf olmağa, dürüst işləməyə dəvət olunur, cənab prezident də bununla bağlı hər çıxışında vurğulayır, bu məsələdə olduqca ötkəmdir, qətiyyətini ortaya qoyur. Fikrimcə, bununla bağlı cəmiyyətə daha şəffaf, daha dürüst məlumatlar ötürülməlidir, statistika göstərilməlidir ki, vətəndaşlar yaranmış bu analogiyanı müqaisə edib qanunun, hüququn birtərəfli işləməsi düşüncəsi ilə narahat olmasınlar.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI