Hafiz Hacıyevi TƏBRİK ETDİLƏR - FOTO

13:03 16-04-2021 | icon 1170 | Cəmiyyət
Hafiz Hacıyevi TƏBRİK ETDİLƏR - FOTO

Diqqət çəkən, gündəm olan çıxışları ilə yadda qalan siyasətçi

 

 

Ən çox oxunan və qalmaqalların mərkəzində dayanan siyasətçi. Yüksək vəzifəli məmurların nöqsanlarını ən çox üzə çıxarıb ictimailəşdirən siyasətçi. Ən çox emossianal çıxışları ilə yadda qalan, daha çox təzyiqlərə məruz qalan siyasətçi. 4 dəfə prezidentliyə namizəd olan və hər dəfəsində ətrafında böyük oxucu baxışı, tamaşaçı kütləsi toplayan siyasətçi. Hər zaman cəmiyyətin müəyyən kəsimlərində kəskin çıxışlarına görə həm müxalifət, həm də tənqd etdiyi məmur ordusu tərəfindən hədəfə alınan siyasətçi. Mediaya açıq olan, daim açıq söz, məmurlar haqqında qorxmadan, çəkinmədən, deyəcəyi fikri kimlərinsə süzgəcindən keçirmədən, fikirlərini müstəqil ifadə edən siyasətçi. Onlayn internet televiziyaların baxış sayı artıqmaq üçün birinci növbədə ən çox üz tutduğu siyasətçi. Ən tez əl çatan və hər bir suala özünün prizmasından yanaşan, məsələyə öz rakusundan baxan siyasətçi. Daim tənqidi çıxışları ilə yadda qalsa da, heç kəsin incimədiyi siyasətçi. Uzun illər problemlərlə dolu çıxışlarında hədəfə aldığı problemlərin həllində daim haqlı çıxan siyasətçi. Özünün ritorikası ilə sevilən, qəbul olunan siyasətçi. “Əgər bunu o deyirsə doğrudur, haqlıdır” ifadələri işlənən siyasətçi. Siyasətçi dostlarının onun cəsarətli çıxışlarına heyran qaldıqları siyasətçi. Mətbuatın ən çox sevdiyi siyasətçi. Vaxtilə müxalifətin hakimiyyətdə olduğu vaxtlarda balıq sənayesini inkişaf etdirən və sonalar rəqiblərinin ona “balıq Hafiz” ayaması ilə dillərə düşən siyasətçi. Daim Prezidentin siyasətini dəstəkləyən və ona qardaş deyən siyasətçi. Partiyadaşları ilə səmimi ortam yaradan və səhvləri bağışlamayan siyasətçi. Azərbaycan dövlətçiliyi naminə bütün ömrünü siyasi fəaliyyətə həsr edən siyasətçi. Sanki siyasi proseslərin daim önündə olan, sanki doğuşdan siyasətdə olan siyasətçi... Bu gün Onun doğum günüdür.

 

 

O, ictimai-siyasi fəaliyyətində daim sosial-siyasi problemlərin həllinə yönəlik addımları ilə yoluna davam edir. Bir anlıq elə bir fikir yaranır ki, sanki bu insan dünyaya yalnız siyasət üçün gəlib.

 

Yəqin söhbətin kimdən getdiyini anladınız. Bu, Azərbaycan ictimai-siyasi camiyəsinin çıxışlarını maraqla izlədiyi HAFİZ HACIYEVdir. Onu hər kəs tanıyır. Onun çıxışları az qala bir aforizmə, özü isə bir əfsanəyə çevrilib. Bəyənilir və seçilir. Siyasətçi olsa da, yüksək vəzifə iddiası yoxdur. Onun bir iddiası var - canı qədər sevdiyi Azərbaycanın torpaqları bütövləşsin,  Ana torpağı, doğulub boya-başa çatdığı Göyçə mahalı erməni işğalından azad olunsun!

 

 

 

Hələlik isə Qarabağın azadlıq zəfərni böyük eşqlə yaşayan və bu gün öz doğum gününü Qarabağın doğum günü kimi hiss edən Hafiz Hacıyev daim dəstəkçisi, təbliğatçısı olduğu, qardaş dediyi prezidentin apardığı ardıcıl, uğurlu siyasətə güvənərək, rəhbərlik etdiyi Müasir Müsavat Partiyasının bu prosesdə aktivliyinin təminatçısıdır. MMP olaraq Azərbaycanın yağı düşməndən xilas olması, ölkə içində mövcud parazitlərin məhv edilməsi, ölkə rəhbərliyinə qarşı yönələn hər hansı bir təzyiqlərin qarşısında bir qalxan kimi dayanıb.

 

 

Hafiz müəllimə ilk təbrik Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən gəlib. MMP sədrinə cansağlığı, siyasi fəaliyyətində uğurlar arzu edilib.

 

 

Müasir müsavatçıların bir qisminin təbrik mesajını təqdim edirik:

 

 

“Səbrinizlə, təmkininizlə, dövlətinə, millətinə sadiqliyinizlə bir məktəbsiniz”

 

 İdeoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova:

 

“Siyasi xadim, dəyərli şəxsiyyət, sadə insan və rəhbər!

Mən Hafiz müəllimlə 6 ildir eyni cəbhədə çalışıram. Amma onu burda işləyərkən, yəni siyasətçi kimi yox, o, “Azərbalıqkonsern”in sədri olandan tanıyıram, o zaman orta məktəbdə oxuyurdum. Evimizdə həmişə adı hallanıb. Bu gün fürsətdən istifadə edib ürək sözlərimi demək istəyirəm. Öncə onu deyim ki, özüm də, sədrim də qoç bürcündənik. Qoç bürcünün xüsusiyyətlərini bildiyim üçün əminliklə yüksək keyfiyyətlərini sadalaya bilirəm.

Hafiz müəllim, Siz səbrinizlə, təmkininizlə, dövlətinə, millətinə sadiqliyinizlə bir məktəbsiz. Mən sizdən öyrənmişəm və öyrənirəm.

Düşünürəm siyasi camiyədə deyəcəyiniz sözlər hələ çoxdur. Əminəm ki, MMP və Siz layiq oldugunuz hələ çox uğurlara imza atacaqsız. Var olun. Sizin kimi liderimizlə fəxr edirik. Arzu edirəm canınız sag olsun və MMP ailəsinin daim başında olasınız! Yeni yaşınız mübarək!”

 

 

“Onu yüksək vəzifədə görmək istəyirəm”

 

Hüquqi məsələlər üzrə sədr müavini İbrahim Həsənov:

 

“MMP sədri Hafiz Hacıyev ölkəmizdə və ölkə hüdudlarından kənarda tanınmış siyasi xadimdir. O, hələ gənc yaşlarında rayon komsomol təşkilatının katibi kimi siyasətlə məşğul olub. İdarəçilik və təşkilatçılıq bacarığını balıqçılıq sənayesi sahəsində işlədiyi dövrdə göstərərək "Azərbalıq" Dövlət Konserninin sədri vəzifəsinə kimi yüksəlmiş və böyük nəticələrə nail olmuşdur. 4 dəfə Prezidentliyə namizəd olmuş Hafiz Hacıyev məmur özbaşınalığına, rüşvətxorluğa və korrupsiyaya qarşı apardığı mübarizəsi ilə xalqımızın rəğbətini qazanmışdır. Bütün fəaliyyətini dövlətin mənafeyinin və vətəndaşların hüquqlarının qorunmasına yönəltmişdir. O, qorxmaz, sadiq, etibarlı, bacarıqlı bir insandır. Ona ən geridə qalmış bir sahəyə rəhbərliyi tapşırsalar, qısa bir müddət ərzində orada dönüş yaradaraq böyük irəliləyişlərə nail olacaqdır. Onun dedikləri bir müddət sonra öz təsdiqini tapır, tənqid etdiyi məmurlar da vəzifələrindən uzaqlaşdırılır.

Hafiz müəllimi ad günü münasibətilə təbrik edirəm, can sağlığı və səbir arzulayıram. Onu yüksək bir vəzifədə görmək istəyirəm ki, fəaliyyətinin nəticələri ilə yazdıqlarımı əyani olaraq göstərsin”.

 

 

“Onu Azərbaycanın Jirinovskisi də adlandırıblar...”

 

Beynəlxalq məsələlər üzrə sədr müavini Gülər Əhmədova:

“Hafiz müəllim unikal ritorikası ilə yadda qalan şəxslərdəndir. Onu Azərbaycanın Jirinovskisi də adlandırıblar. Lakin mən bu doğum günündə, yaşının bu çağında ona yalnız cansağlığı və ailə səadəti arzu edirəm. Sağlıqsız və ailəsiz siyasəti neynirsiniz ki, cənablar? Xoşbəxt və sağlıqlı uzun illər yaşasın Hafiz Hacıyev!”

 

“Sizdə sədaqət, mərhəmət, insani keyfiyyətlər gördüm”

 

Ağsaqqallar Şurasının sədri Oleq Kərimov:

 

“Hafiz müəllim, sizinlə 20 ildən çoxdur tanışıq, dostluğumuz var. Sizdə sədaqət, gördüm, mərhəmət gördüm, insani keyfiyyətlər gördüm. Sizi hər zamanda zirvələrdə görmək istəyirəm. Siz sözün düzünü deyən insansınız. Xalqını, vətənini sevən bir siyasi xadimsiz.

Yeni yaşa qədəm qoyursunuz. Arzu edirəm ki, sağlıqlı uzun ömür yaşayasınız. Siyasi fəaliyyətinizdə uğurlarınız bol olsun. Ad gününüz mübarək, əziz dost”.

 

“Əxlaqına, ürəyinin genişliyinə, sadəliyinə, dostluğuna görə fəxr edirəm”

 

Biləsuvar rayon təşkilat sədri Səyyar Hüseynov:

 

“Pərvanə odda-alovda yanacağını bilsə də, düz o istiqamətdə hərəkət edir və sonda özünü fəda edir. Çünki o, odun aşiqidir...

Siyasi partiyalar çoxdur, siyasətlə məşğul olan insanlar da. Kimisi çayxana səviyyəsində, kimisi ofis səviyyəsində, kimisi də bir ailə səviyyəsində...

Hafiz Hacıyev cənabları öz sözü, öz dəsti-xətti olan siyasi rəhbərlərdən biridir. Pərvanə timsalında dövlətin qorunması, onun təməlinin möhkəmlənməsi üçün bütün əlindən gələn qüvvəsini sərf edir. Hətta bu yolda bəzən sağ, bəzən də sol tərəfdən zərbələr alsa da, dövlətçiliyimizin qorunması, möhkəmlənməsi ücün bütün güc və imkanından istifadə edir.

Bu gün Hafiz müəllimin ad günüdür. Mən Hafiz müəllimlə əxlaqına, davranışına, ürəyinin genişliyinə, sadəliyinə görə, partiyasının hər bir üzvünün qayğısına qalmağa çalısdığına görə və dostluğumuza görə həmeşə fəxr etmişəm.

Ad gününü təbrik edirəm, uzun ömür, cansağlığı arzulayıram. Arzu edirəm ki, bütün arzularınız həyata keçsin”.

 

 

“Sözün düzünü deyən liderimizsiz”

 

MMP Yevlax rayon təşkilatının sədri Bəhrəm Sultanov:

 

“Çox hörmətli, əzizimiz Hafiz müəllim!

Siz millətimizi, dövlətimizi həmişə canınızdan artıq sevən, haqqın tərəfində olan, sözün düzünü deyən liderimizsiz. Siyasi fəaliyyətinizdə əldə etdiyiniz nailiyyətlərin davamlı olmasını arzu edirəm. Dəyisən dunyada Azərbaycanımız naminə mubarizə aparanların daim ön sırasında olmusunuz.

Sizi 65 yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömur, cansağlığı və yeni-yeni müvəffəqiyyətlər arzu edirəm”.

 

 

 

“Həmişə xalqımızın, dövlətimizin yanında olmusunuz”

 

MMP Bərdə rayon təşkilatının sədri Bakir Qarayev:

 

“Hörmətli Hafiz Müəllim, Sizi ad gününüz münasibəti ilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzu edirəm. Siz həmişə xalqımızın, dövlətimizin yanında olan, sözünü deyən siyasətçilərdənsiniz. Sizin apardığınız hər bir siyasət xalqımız üçün önəmlidir və sizə bu yolda uğurlar arzu edirəm. Səsiniz həmişə yüksəkliklərdən gəlsin”.

 

“Xalqımızın danışan dili olmusunuz”

 

MMP Nərimanov rayon təşkilat sədri Rəhim Qəmbərov:

 

“Gözəl insan, çox hörmətli Hafiz Müəllim, Sizin ad gününüzü ürəkdən təbrik edirəm. Sizə uzun ömür və cansağlığı arzulayıram. Həqiqət səsiniz həmişə olduğu kimi uca tribunalardan gəlsin!

Siz həmişə xalqımızın danışan dili və haqqın simvolu olmusunuz! Allah Sizi qayğısını çəkdiyiniz, yaxşı güzaranı olması üçün çalışdığınız xalqımızın üzərindən əskik etməsin. Siz Azərbaycanı sevən liderimizsiniz. Uca Tanrı Sizi qorusun. Amin!”

 

“100 yasa, gözəl insan”

 

Göygöl təşkilat sədri Toğrul İsmayılov:

 

“Hörmətli eloğlu, fəxrimiz Hafiz müəllim, Sizi ad gününüz münasibətilə təbrik edirəm.

Sizə uzun ömür, cansağlığı, siyasi fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. 100 yasa, gözəl insan”.

 

Bizdə Versus.Az İnformasiya Agentliyi olaraq, Hafiz Hacıyevə bu doğum günündə siyasi məqsədlərinin gerçəkləşməsi, doğma İrəvana qayıdana qədər sağlam həyat, fəaliyyətində uğurlar diləyirik. Böyük məqsəd və planları olan 65 yaşını qeyd edən  siyasətçinin qarşıdakı məqsədlərinə çatması üçün ona uzun ömür və güclü dəmir yumruq arzu edirik.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...