Merkel, Makron və Zelenskidən Rusiyaya ÇAĞIRIŞ
Almaniyanın Federal Kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Ukrayna dövlət başçısı Vladimir Zelenski üçtərəfli danışıqlar zamanı Rusiyaya qoşunlarının Ukrayna sərhədləri yaxınlığından geri çəkilməsi ilə bağlı çağırış ediblər.
“İnterfaks”ın məlumatına görə, liderlər arasındakı görüş Parisdə baş tutub.
Merkel görüşə videokonfrans vasitəsilə qatılıb.
Görüş zamanı Almaniya hökuməti və Fransa dövləti başçıları Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıblar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"