Fövqəlinsanların yaradılması üzrə araşdırmalar aparılacaq
Rusiyanın “Roskosmos” dövlət şirkəti fövqəlinsanların yaradılması üzrə araşdırmalar aparmağı planlaşdırır.
Rusiya KİV-də yayılan məlumatlara görə, qurumun nümayəndəsi Aleksandr Bloşenkonun sözlərinə görə, şirkətin alimləri gen mühəndisliyi ilə məşğul olacaqlar.
İlk mərhələdə elm adamları belə araşdırmaların təhlükəsizliyi və perspektivliyini müəyyən etməlidirlər.
Layihə Rusiya Elmlər Akademiyası ilə birgə reallaşdırılacaq. Onun hədəfi uzun kosmik yolçuluğa dözə biləcək insanlar hazırlamaqdır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"