“Azərbaycan Parlamenti çox gecikir”

12:57 20-04-2021 | icon 806 | Siyasət
“Azərbaycan Parlamenti çox gecikir”

Gülər Əhmədova: “Sülhməramlıların mandatı təyin olunmayınca, neqativ hallarla çox üzləşəcəyik”

 

Rusiya sülhməramlıları öz növbəti məramsızlıqları ilə gündəmə gəlib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda sülhü qorumaq kimi əsas vəzifə daşıyan sülhməramlılar 9 May Qələbə Günü münasibətilə parad keçirmək niyyətindədir və bununla bağlı məşqlərə artıq start verilib.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) beynəlxalq məsələlər üzrə sədr müavini Gülər Əhmədova bildirib ki, bu cür neqativ hallara tez-tez rast gəlinəcək, ta o vaxta kimi ki, bu sülhməramlıların mandatı təyin olunsun.

 

Xanım siyasətçinin fikrincə, 44 günlük müharibədən və sülhməramlıların gəlişindən sonra Azərbaycanın atacağı ən vacib addımlardan biri sülhməramlıların mandatının təyin olunmasıdır. Onun sözlərinə görə, sülhməramlıların mandatı təyin olunmayınca, neqativ hallarla çox üzləşəcəyik:

 

“Bunun bir neçə yolu var. Bir yol budur ki, beynəlxalq təşkilatlar bu mantatı təyin edib Azərbaycana göndərəcəklər ki, parlamentdə bunu ratifikasiya edək. Bir yolu da budur ki, Azərbaycan Parlamenti özü bunu müzakirə edib ATƏT, Minsk Qrupuna, yaxud hər hansı beynəlxalq təşkilata göndərəcək ki, bunun ətrafında müzakirə açsın. Düşünürəm ki, bu yöndə Azərbaycan Parlamenti çox gecikir”.

 

Gülər Əhmədova hesab edir ki, Azərbaycan Parlamenti bu gün Rusiyanın Qarabağda olan sülhməramlılarının mandatının nədən ibarət olmasını təcili müzakirə eləməli və bu sənədi beynəlxalq təşkilatların qarşısında qoymalıdır ki, onlar da artıq hazır sənədin ətrafında müzakirə aparsınlar:

 

“Bu gün beynəlxalq sahədə görəcəyimiz ən böyük işlərdən biri budur. Çünki 5 rayonun - Xankəndi, Xocavənd, Əsgəran, Xocalı və Ağdərənin aqibətinin necə olacağı bununla bağlı hansı addımlar atacağımızdan və qısa müddət ərzində həllinə çatmaqdadır”.

 

MMP sədr müavini vurğuladı ki, bu məsələ ilə bağlı partiyanın müəyyən təklifləri var və müzakirədən sonra sədr tərəfindən hökumətə təqdim ediləcək.

 

Sülhməramlıların 9 May Qələbə Günü münasibətilə Qarabağda parad keçirmək niyyətinə gəlincə, G.Əhmədova bu məsələnin strateji olmasa da, taktiki olduğunu qeyd edərək narahatlıqlarını ifadə edib:

 

“9 mayda sülhməramlıların Xankəndidə parad keçirmək istəkləri məni və partiyamızı narahat edir. O paradı kim qəbul edəcək? O paradı qəbul edənlərin yanında kimlər dayanacaq? O paradı təkcə sülhməramlılarmı keçirəcək, yoxsa onların yanında erməni yaraqlıları da olacaq? Mənə elə gəlir ki, bu məsələlər təcili müzakirə olunmalı, Azərbaycan fikir bildirilməli, millət vəkilləri rəy bildirməlidir. Çünki erməni mətbuatı, erməni cəmiyyəti prosesləri gözdən qaçırmır və Azərbaycandan səsləndirilən hər bir fikir onlarda narahatlıq doğurur. Xatırlayırsınızsa, Xankəndinin deputatı Tural Gəncəliyevin adicə “artıq mən Xankəndidə ofis axtarıram” fikri erməni mətbuatında, erməni ictimaiyyətində böyük müzakirəyə səbəb olmuşdu. Bu baxımdan Qarabağla bağlı hər bir məsələyə bütün deputatlar öz fikirlərini deməlidirlər, beynəlxalq təşkilatlara çatdırmalıdırlar, eyni zamanda Rüstəm Muradov cənablarına bildirməlidirlər. Eyni zamanda Rusiya səfiri ilə görüşüb bu məsələləri müzakirə etmək lazımdır. Mən bu məsələlərdə bizim deputatlarımızın aktiv olacağına inanmaq istəyirəm”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür