"Bu, Kreml rəhbərliyinin Azərbaycana qarşı təzyiq mexanizmidir"

16:12 20-04-2021 | icon 337 | Siyasət
"Bu, Kreml rəhbərliyinin Azərbaycana qarşı təzyiq mexanizmidir"

Məhəmməd Əsədullazadə: "Sülhməramlıların Xankəndidə separtçılarla parad kecirməsi ölkəmizə qarşı təhdiddir"

 

"Rusiya sülhməramlı qüvvələrinin 9 mayda Xankəndində keçirəcəyi separatçıların silahlı birləşmələri ilə birgə paradı Kreml rəhbərliyinin Azərbaycana qarşı təzyiq mexanizmidir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

 

Politoloq qeyd edib ki, Kreml bununla ölkəmizi öz layihələrinə cəlb etmək və konkret olaraq hərbi bazasının yaratması istiqamətində atdığı addımdır:

 

"Silahlı erməni birləşmələri 10 noyabr birgə Bəyannaməsinə uyğun olaraq çıxarılmalı idi. Rusiya tərəfi silahlı erməni birləşmələrinin çıxarılması prosesinə mane olur. Həmçinin Rusiya daha da irəli gedərək qanunsuz silahlı erməni birləşmələri ilə birgə parada hazırlaşır. Bu, ölkəmizin suverenliyinə Rusiya tərəfindən təhdiddir. Rəsmi Bakı bununla bağlı Rusiyadan izahat tələb etməlidir. Sülhməramlı qüvvələrin fəaliyyətinə son verilməsini tələb etməliyik. Milli Cəbhə Partiyası olaraq Rusiya sülhməramlı qüvvələrinin paradının Xankəndində separtçılarla kecirilməsini ölkəmizə qarşı təhdid hesab edirik. Və belə bir fəaliyyətə son verilməsi üçün rəsmi Bakı hərəkətə keçməlidir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı