ABŞ Rusiyanı təcavüzkar adlandırdı
ABŞ Dövlət Departamenti Rusiyanı Ukrayna ilə sərhəddə yaranmış vəziyyət kontekstində təcavüzkar kimi nəzərdən keçirir.
“RİA Novosti” xəbər verir ki, bunu qurumun rəsmi nümayəndəsi Ned Prays mətbuat konfransı zamanı bəyan edib.
O bildirib ki, regiondakı vəziyyəti təhlil edərkən ABŞ Ukraynanın hər hansı bir provakativ hərəkətlərə yol verməsini müşahidə etməyib.
N.Praysın sözlərinə görə, Rusiya dezinformasiya ilə məşğul olaraq, əslində Kreml tərəfindən edilən hərəkətləri Ukraynanın üzərinə yıxmağa cəhd göstərir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"