"Zəngəzurda kütləvi həbslər olacaq"

16:48 21-04-2021 | icon 398 | Dünya
"Zəngəzurda kütləvi həbslər olacaq"

Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyana zəng edərək, aqressiv şəkildə ondan Paşinyanın Sünik (Zəngəzur) səfərini məhv edən aktivistlərin həbsini tələb edib.

 

Versus.az xəbər verir ki, bu məlumatı “Dejavü” Teleqram kanalı yayıb. O, Abazyanı MTX-nın səssiz şəkildə olanları izləməsinə görə tənqid edib.

 

Akopyan, həmçinin Abazyanı təhdid edərək, əmri icra etməyəcəyi təqdirdə işdən qovulacağını bildirib.

 

Ermənistanın I xanımı belə davam edəcəyi halda bölgələrdə seçkiqabağı kampaniyanın aparılmasının mümkünsüz olacağını və narazılığın hər yerə yayılacağını deyib.

 

Kanal Abazyanın artıq əmrin icrasına başladığını və gecə Zəngəzurda geniş həbslər olacağını yazıb.

 

Qeyd edək ki, Paşinyanın ötən gecə gözlənilmədən Sünikə (Zəngəzur) səfəri yerli əhalinin etirazları ilə müşayiət olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...