Biabırçı videosu yayılan Hüseynbala Mirələmov vəzifəsindən qovuldu
“Bəli, təəssüf ki, biz də görüntüləri sosial şəbəkələrdə gördük”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, yayılan görüntülər izləndikdən sonra Hüseynbala Mirələmov ADNSU-nun rektorunun müvafiq əmri ilə Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib:
“O, bu gün səhər saatlarında işdən azad olunub”.
Xatırladaq ki, ötən gün sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılıb. O, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri idi. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...