"ABŞ Türkiyə ilə hesablaşa bilər"

15:26 22-04-2021 | icon 757 | Geopolitika
"ABŞ Türkiyə ilə hesablaşa bilər"

Məhəmməd Əsədullazadə: "İki ölkə arasında hərbi-texniki əməkdaşlıq sona çatdı"

 

"ABŞ Türkiyəni F-35 proqramından rəsmən çıxardı. İki ölkə arasında hərbi-texniki əməkdaşlığın bununla sona çatdığinı qeyd edə bilərik".

 
 
 
Versus.Az xəbər verir ki, bunu şərhində MCP sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
 
 
Politoloq qeyd edib ki, ABŞ Türkiyəni regional müstəvidə apardığı müstəqil siyasəti və Rusiyadan aldığı "S-400" Triumf havadan müdafiə raketlərinə görə "cəzalandırdı". Onun sözlərinə görə, amma bu qərar Ankaranı daha da çevik siyasət aparmasına, yerli silahlarını inkişaf etdirməsinə gətirib çıxaracaq:
 
 
"Vaşinqtonun bu qərarı hazırda Ankaranın strateji maraqlarına uyğundur. Çünki Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılım siyasəti aparır. Yeni bir regional dövlətləri ətrafında birləşdirməklə beynəlxalq müstəvidə aparıcı ölkə roluna nail olacaq. Bu prizmadan yanaşdıqda Azərbaycan-Türkiyə əlaqələri daha da inkişaf edərək, Ankaranın yanında yer alıb, yeni regional nizamda öz təhlükəsizliyini gücləndirəcək".
 
 
M.Əsədullazadənin fikrincə, ABŞ bu sanksiyaları tətbiq etməklə, Türkiyə əvəzinə Yunanıstana üstünlük verəcək:
 
"Yunanıstan vasitəsilə regionda Türkiyə əleyhinə provakasiyaların şahidi olacağıq. Türkiyənin Rusiya ilə əməkdaşlığa görə bu proqramdan çıxarılması Vaşinqtonun regionda təsirinin zəifləməsinə gətirəcək.
ABŞ-ın yeni dizayn etdiyi strategiyasinda Türkiyə Yunanıstanal əvəz edilib. Yunanıstan regionda ABŞ-ın maraqlanarına uyğun siyasət yürüdə bilməyəcək. Türkiyə regionda olan ölkələrlə sıx əməkdaşlıq formatına keçməklə, ABŞ-ın onunla hesablaşmasına gətirib çıxara bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı