“İMZA”çılar Hərbi Qənimətlər Parkını ziyarət ediblər

19:43 22-04-2021 | icon 606 | Cəmiyyət
“İMZA”çılar Hərbi Qənimətlər Parkını ziyarət ediblər

“Xalqımız bu qələbənin memarlarını həmişəlik qəlbində yaşadacaq”

 

“İMZA”- İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib.

 

Bu barədə Versus.Az-a “İMZA”- İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədli məlumat verib.

 

E.Məmmədli bildirib ki, millətimizdən sonsuz dəstək alan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitlərinin qazandığı tarixi zəfərimizin əbədiyyətə qədər simvolu olacaq Hərbi Qənimətlər Parkını bu günlərdə ziyarət edənlərin sayı və parka olan böyük maraq onu göstərir ki, xalqımız bu qələbənin memarlarını həmişəlik qəlbində yaşadacaq:

 

“Bu parka elə ilk ayaq basan andan insan hiss edir ki, şanlı ordumuz necə böyük bir zəfərə İMZA atıb. Açıq səma altında muzey olan, artıq müqəddəs adlandıra biləcəyimiz bu məkanda sərgilənən və düşməndən ələ keçirilmiş dəyəri milyardlarla dollarla ölçülən müasir silah sistemlərini 44 gün kimi qısa müddətdə məhv edib sıradan çıxarmaq ancaq ən qəhrəman əsgər və zabitin şücaəti sayəsində mümkün ola bilərdi ki, bu vəzifəni də ordumuz dünya ordularına nümunə göstərilə biləcək səviyyədə qüsursuz yerinə yetirib. Necə ki, bu gün dünyanın ən qabaqcıl orduları Azərbaycan əsgərinin şücaətini ən nümunəvi təcrübə kimi öyrənmək istəyir. Bunu ilk növbədə uşalqlarımız, yetişməkdə olan gənc nəsil mütləq bilməlidir ki, bu qələbə güclü siyasi iradə, diplomatik ustalıq sayəsində və əlbəttə ki, yüksək sərkərdəlik bacarığı ilə idarə olunan qədim və zəngin hərbi ənənələrə malik ordumuzun misilsiz qəhrəmanlığı və şücaəti hesabına qazanılıb”.

 

E.Məmmədli qeyd edib ki, “İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov, qurumun rəhbər heyəti, kollektivi və könüllüləri zəfərimizin taclandırılması kimi qəbul etdikləri Hərbi Qənimətlər Parkını ziyarət edərkən məhz bu amalı qarşısına məqsəd qoyub:

 

“İnsanımız böyük qələbəmizin necə çətinliklər və illərin ağır zəhməti hesabına başa gəldiyini bilsin və heç vaxt unudulmağa qoymasın. Vətən savaşının getdiyi günlərdə öz könüllüləri ilə birgə hiyləgər, saxtakar və mənfur düşmənə qarşı informasiya müharibəsində ön sıralarda olmuş “İMZA”çılar bu gün də həqiqətlərimizin və yeni reallıqların dünyaya çatıdırlmasında yüksək fəallıq göstərirlər”.

 

Qeyd edək ki, Hərbi Qənimətlər Parkının ziyarət edilməsindən sonra “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbər heyətinin toplantısı keçirilib. Kollektivin və könüllülərin təklifi nəzərə alınaraq qərara gəlinib ki, bundan sonra təşkilatın xətti ilə ölkəmizə gələcək əcnəbi qonaqların ziyarət edəcəkləri məkanlar içərisində Azərbaycan paytaxtının bu gözəl və anlamlı guşəsi də mütləq yer alsın.

 

 

 

RƏVAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...