Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq

13:45 23-04-2021 | icon 367 | Cəmiyyət
Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq

Sənədləşdirmə prosesinin asanlaşdırılması məqsədilə müharibə veteranları barədə vahid informasiya bazası yaradılır.

 

Versus.az xəbər verir ki, bununla əlaqədar Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Veteranlar haqqında” qanuna dəyişiklik təklif olunur.

 

Dəyişikliyə əsasən, qanunun 3-cü maddəsinə (Müharibə veteranları) yeni bənd əlavə olunur.

 

Yeni bəndə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Müharibə veteranlarının reyestrinin hazırlanmasında əsas məqsəd hazırki tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir.

 

Reyestrin təşkili gələcəkdə status verilmiş şəxslərin sayının dəqiqləşdirilməsi, onların uçotunun aparılması, şəxslərin (ailə üzvlərinin) statusları haqqında kağız daşıyıcılarda olan müvafiq vəsiqələrdən imtina edilməsi, onların dövlət orqanlarına müraciətləri zamanı statuslarının onlayn rejimdə müəyyən edilməsi, habelə sosial təminat hüquqlarına proaktiv qaydada baxılması imkanları yaradacaqdır.

 

Layihə “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda müharibə veteranlarının reyestrinin yaradılması ilə bağlı yeni müddəanın təsbit edilməsini nəzərdə tutur.

 

Müzakirələrdən sonra dəyişiiklik səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...