Ölən etirazçıların sayı 753-ə çatıb
Myanmada fevralın əvvəlindən bəri nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalarda ölənlərin sayı 753-ə çatıb.
TASS xəbər verir ki, bu barədə Siyasi Məhbuslara Yardım Assosiasiyası məlumat yayıb.
Təşkilatdan verilən məlumata görə, hazırda ölkədə siyasi motivlərdən 3441 nəfər saxlanılıb ki, onlardan 79 nəfərinə həbs cəzası verilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"