“Bu birliyin yaranması mümkün deyil”

09:40 01-11-2018 | icon 731 | Siyasət
“Bu birliyin yaranması mümkün deyil”

 

Fuad Əliyev: “Sovetlər vaxtında olduğu kimi yenə də Azərbaycanı donor ölkə statusuna gətirə bilər”

 

 

“Təbii ki, bu ideyanın Qarabağ münaqişəsinin həllindən sonra həyata keçirilməsi nəzərdə tutulur. Amma alınan bir şey deyil”.

 

Bunu Versus.Az-a ALDP sədri Fuad Əliyev Cənubi Qafqaz İttifaqının yaradılması və bunun Dağlıq Qarabağ münaqişəsinin həllində hansə müsbət təsir yarada bilcəyi ilə bağlı açıqlamasında bidirib.

 

F.Əliyevin sözlərinə görə, artıq necə illərdir belə təkliflər səsləndirilir. Lakin beynəlxalq təşkilatlar və həmin qurmlarda təmsil olunan böyük güclərin Cənbi Qafqaz maraqlarını nəzərə alsaq, bunun həyata keçirilməsi mümkünsüz görünür:

 

“Bu təklif əsasən sosialist və kommunist partiyaları tərəfindən səsləndirilir. Bir neçə il bundan əvvəl Müsavat başqanı İsa Qəbmər də Gürcüstana gedib Ermənistanın bir siyasi partiyası ilə ikitərəfli əməkdaşlıq və gələcəkdə Qafqaz Birliyinin yaranması ilə bağlı sənədə imza atmışdı. Lakin vəziyyət oldğu kimi qalır”.

 

Partiya sədrinin sözlərinə görə, bu birliyin yaradılması həm də iqtisadiyyat baxımından Azərbaycana sərf etmir. Onun fikrincə, bu, sovetlər vaxtında olduğu kimi yenə də Azərbaycanı donor ölkə statusuna gətirə bilər:

 

“Bu birlik baş tutarsa, yenə həmin vəziyyət yaranacaq və artıq biz böyük bir donor kimi Ermənistanı yedizdirməli olacağıq. Regionun digər dövləti olan Gürcüstan onsuz da məlum kəmərə görə milyonlar götürür. Cənubi Qafqaz İttifaqı yaranarsa, bundan Ermənistan da öz məqsədləri üçün yararlana bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı