Rəcəbov heç-heçə etdi, Məmmədyarov qələbə qazandı

06:40 28-04-2021 | icon 298 | İdman
Rəcəbov heç-heçə etdi, Məmmədyarov qələbə qazandı

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkilatçısı olduğu Çempionlar Turunun “New in Chess Classic” mərhələsində 1/4 final görüşlərinin ilk günü çərçivəsində oyunlar keçirilib.

 

Versus.Az xəbər verir ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbovla norveçli Maqnus Karlsenin qarşılaşmasında bərabərlik qeydə alınıb.

 

Şəhriyar Məmmədyarov isə İrandan olan, ancaq FIDE bayrağı altında yarışan Əlirza Firuzca ilə qarşılaşmada üstün olub.

 

Bununla yanaşı, Vesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) və Le Kuanq Lim (Vyetnam) – Hikaru Nakamura (ABŞ) görüşləri də keçirilib.

 

Qeyd edək ki, 1/4 final iki gün ərzində keçirilən və hər biri 4 rapid oyunundan təşkil olunan iki qarşılaşmadan ibarətdir.

 

Beləliklə də, aprelin 28-i cütlüklər bir daha üz-üzə gələcək və yarımfinala vəsiqə qazananların adı məlum olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu