Türk ordusunun əsas HƏDƏFLƏRİ
Metina ikinci hədəfdir, ana hədəflər isə Qəndil ve Sincardır.
Versus.Az xəbər verir ki, bu açıqlama ilə türkiyəli ekspert Coşqun Başbuğ çıxış edib.
Türkiyə ordusunun İraqın şimalında apardığı hərbi əməliyyatlardan danışan Başbuğ yay boyunca hərəkatın davam edəcəyini qeyd edib:
"Çox geniş bir coğrafiyada hərəkat aparırıq. Metinada başlayan əməliyyat nə ilk, nə də son olacaq. Türkiyə Silahlı Qüvvələri qışa qədər terror təşkilatlarına hücumlarını davam etdirəcək. 37 terrorçunun zərərsiləşdirildiyi elan edilsə də, bölgədə öldürülən terrorçuların sayı daha çoxdur, dövlət olduğumuz üçün dəqiq rəqəmləri verməliyik. Bu rəqəm yaxın günlərdə artacaq".
Qeyd edək ki, “Pənçə-Şimşək” və “Pənçə-İldırım” əməliyyatları aprelin 24-də başlayıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"