Komitə sədri Vətən Müharibəsində iştirak etmiş mədəniyyət işçiləri ilə görüşüb

10:45 29-04-2021 | icon 728 | Mədəniyyət
Komitə sədri Vətən Müharibəsində iştirak etmiş mədəniyyət işçiləri ilə görüşüb

Qənirə Paşayeva: "Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb"

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində iştirak etmiş mədəniyyət işçiləri - Rastropoviçlər Muzeyinin əməkdaşı Vüqar Məmmədzadə və ADMİU-nun video mexaniki Azər Həsənovla görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili döyüşçülərimizin döyüş yolu və qayğıları ilə yaxından maraqlanıb, onları öz cəbhə xatirələrini yazmağa və yeniyetmlərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə töhfələr verməyə çağırıb.

 

Qaziləri düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri ürək sözlərini bölüşüb:

 

“Əziz qazilər, Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı, fəaliyyəti sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, mülki həyatda sizə yeni uğurlar diləyirəm”!

 

Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

 

Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...