İrəvanda Qandinin abidəsi yandırıldı

13:52 29-04-2021 | icon 391 | Dünya
İrəvanda Qandinin abidəsi yandırıldı

Ermənistanda Hindistan Azadlıq Hərəkatının lideri və zorakılıq etməmə fəlsəfəsinin təbliğatçısı Mahatma Qandinin anadan olmasının 150 illiyi münasibəti ilə ötən il quraşdırılmış abidəsi bir daha təhqir olunub.

 

Məlumat sosial şəbəkələrin erməni seqmentində geniş müzakirə olunur.

 

 

Bundan əvvəl erməni barbarlar abidəyə yumurta atıblar, abidədə Qandinin adı yazılan lövhəni söküblər, dünən isə monumenti yandırıblar. Bütün bunlar Qandinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk ilə dost olmasına və qondarma “Erməni soyqırımı”nı tanınmasına qarşı çıxdığı üçün edilib.

 

 

Xatırladaq ki, bu, Ermənistanda ilk vandalizm aktı deyil - bu yaxınlarda İrəvanın mərkəzində Holokost qurbanlarına həsr olunmuş abidə təhqir edilib. Səbəb isə, İsrailin öz silahlarını Azərbaycana satması və bizə yaxın bir ölkə olmasıdır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...