Bu cinayət işində Rövşən Əkbərovun da adı hallanır

13:57 29-04-2021 | icon 367 | Hadisə
Bu cinayət işində Rövşən Əkbərovun da adı hallanır

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun ittiham olunduğu cinayət işlərinin təfərrüatı məlum olub.

 

Versus.az xəbər verir ki, A.Məmmədovun həbsi üçün səbəblərdən biri də rayonda aparılan qanunsuz tikililər, şəhərin baş planına uyğun olmayan, tikinti normativlərinin pozulduğu binaların tikintisinə qanunsuz icazə verməsidir.

 

Yaşayış binaları isə əsasən “Park Kolizey” MTK adlı tikinti şirkəti tərəfindən aparılıb. Məlumata görə, A.Məmmədov rayondakı bütün işləri bu tikinti şirkətinə tapşırırmış. Şəmkir şəhərində “20 yanvar” abidəsinin ətrafında salınmış park da sonradan “Park Kolizey” MTK-nın çoxmərtəbəli yaşayış binası tikməsi üçün ayrılıb. Artıq binanın tikintisi yekunlaşmaq üzrədir.

 

Məlumata görə, tikintiyə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov (Famil Xəlilov öz ətrafında həm də Veyis Xəlilov adı ilə tanınır) binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova verib.

 

Həmin binadan əlavə 4 otaqlı bir mənzili isə rayonun baş memarı İlqar Quliyevə və hal-hazırda həbs olunan digər aidiyyəti şəxslərə rüşvət olaraq verib. Famil Xəlilov həmin parkın ərazisini, torpaq sahəsini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat pul verib və ilkin dindirilmə zamanı bunu etiraf edib.

 

Alimpaşa Məmmədov şirkət rəhbəri Famil Xəlilova hərbi hissənin yaxınlığında tikinti aparmağa da şərait yaradıb. Belə ki, ətrafında hərbi hissənin yerləşməsi nəzərə alınaraq Şəmkir Korpusunun o vaxtkı komandiri, hazırda həbsdə olan general Rövşən Əkbərov binanın 6 mərtəbəli olmasına razılıq verib. Lakin hərbi obyektlərlə bağlı normativ pozularaq binanın tikintisi 9-cu mərtəbəyədək davam etdirilib.

 

A.Məmmədovdan park alan Famil Xəlilovun “MTN işi” zamanı həbs edilən general Akif Çovdarovla da yaxın əlaqələrinin olduğu bildirilir. İddiaya görə, onun Alimpaşa Məmmədovla münasibətləri də MTN xətti üzərindən reallaşıb.

 

Rəsmi açıqlamaya görə, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək alıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı