"Qalıqların Müşfiqə aid olub-olmamasına gəldikdə..."

18:37 01-11-2018 | icon 398 | Siyasət
"Qalıqların Müşfiqə aid olub-olmamasına gəldikdə..."

Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı yayılan məlumatların araşdırılması üçün işçi qrupunun yaxın günlərdə yaradılacağı gözlənilir.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib.

Onun sözlərinə görə, M.Müşfiqin qalıqlarının tapılması Azərbaycan mədəniyyəti və xalqı üçün böyük əhəmiyyət kəsb edir.

 

A.Əlizadə əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən M.Müşfiqin qalıqlarının tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirilməsi çox müsbət haldır:

 

"Qalıqların Müşfiqə aid olub-olmamasına gəldikdə, bunu DNK analizinin nəticəsi və elmi araşdırmalar deyə bilər. Güman edirəm ki, yaradılacaq işçi qrupunun bu məsələ üzrə fəaliyyətinin nəticəsini görəcəyik".

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, M.Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI