"Vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qusar rayonu, Cibir kənd sakini, Vətən Müharibəsinin şəhid hərbi qulluqçusu Murad Məmməziyad oğlu Kəlbiyevin anası Rübabə Şıxmət qızı Kəlbiyeva ilə Milli Məclisdə görüşüb.
Versus.Az xəbər verir ki, millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
"Əziz şəhid anası, Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd oğulun anasısız. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Muradın ruhu qarşısında dərin ehtiramla baş əyirik! Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan oğlunuz snayperçi kimi, kəşfiyyatçı kimi öz peşəkarlığı ilə seçilib. O, Füzulinin azadlığı uğrunda fədakarlıqla döyüşüb və şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Murad Kəlbiyev, Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə də təltif edilib. Murad kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"!
Q.Paşayeva şəhidin anasına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
PƏRİ
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...