Məmmədyarov yarımfinalda məğlub oldu

07:36 01-05-2021 | icon 321 | İdman
Məmmədyarov yarımfinalda məğlub oldu

Şahmat üzrə onlayn Çempionlar Turunun “New in Chess Classic” mərhələsində bu gün ikinci yarımfinal görüşləri baş tutub.

 

Versus.Az xəbər verir ki, Şəhriyar Məmmədyarovun rəqibi yapon əsilli ABŞ təmsilçisi Hikaru Nakamura olub.

 

Sona qədərə mübarizə aparan, amma "Armagedon"da məğlub olan həmyerlimiz finala yüksələ bilməyib.

 

Digər yarımfinal görüşündə turnirin təşkilatçısı və dünya çempionu olan norveçli Maqnus Karlsen Ermənistan vətəndaşlığından imtina edərək ABŞ vətəndaşlığını almağa hazırlaşan Levon Aronyanı məğlub edərək adını finala yazdırıb.

 

Məmmədyarov Aronyanla 3-cü yer uğrunda mabarizə aparacaq.

 

Qeyd edək ki, mükafat fondu 100 min dollar olan turnir mayın 2-də başa çatacaq. Qalib 30 min, finalçı 15 min, üçüncü yerin sahibi isə 8 500 dollar qazanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı